​İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü həlak oldu (FOTO/VİDEO/YENİLƏNİB)

Baxış sayı: 
94
3  
0  

Bu gün İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3 nəfərə çatıb, 15-ə yaxın yaralı var.
 
Qaynarinfo APA-ya istinadən xəbər verir, Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz” markalı sərnişin mikroavtobusu "VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.
 
Hər iki avtomobil zərbənin təsiri nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı "VAZ 2106”-da olan ana və ata hadisə yerində, bir övladı isə xəstəxanada ölüb.
 
Qəza zanmanı xəsarət alan şəxslər, Bakı sakinləri -1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Digər yaralıların təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparıldığı bildirilir.
 
11.46
 
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz” markalı sərnişin mikroavtobusu "VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 

Загрузка...
Загрузка...