İslam dünyası İmam Əlinin (ə) mövlud gününü qeyd edir

Baxış sayı: 
101
1  
0  

Həm şiə, həm də sünni mənbələrinə görə imam Kəbə evinin içində dünyaya gəlib...

Hicri-qəməri tarixi ilə bu gün rəcəb ayının 13-ü möminlərin əmiri, peyğəmbərin müsəlman ümmətinə təyin etdiyi canişin, peyğəmbərin kürəkəni, imamlar atası və peyğəmbərin nəslinin davamçısı, döyüş meydanlarının qəhrəmanı və birinci imam həzrət Əli ibni Əbu-Talibin (ə) doğum günüdür.

 

İnterAz xəbər verir ki, həzrət Əlinin (ə) mövludu hicrətdən 23 il əvvəl baş verib. Həm şiə, həm də sünni mənbələrinə görə imam Kəbə evinin içində dünyaya gəlib.

 

Həzrət İmam Əli ibn Əbu-Talib tərbiyəsini və təlimini Peyğəmbərdən (s) almış, Peyğəmbərin (s) yerində yatmağı qəbul edərək onun həyatını xilas etmiş, barəsində çoxsaylı ayələrin nazil olduğu, Əhli-beytin üzvü, imamlar atası, Bədr döyüşündə bütpərəstlərin məğlubiyyətə uğramasına əsas səbəb, Xəndək döyüşündə bütpərəstlərin sərkərdəsi Əmr ibn Əbdəvüddü məğlub edən, Xeybər döyüşünün qəhrəmanı, Peyğəmbərin (s) müsəlmanlara təyin etdiyi xəlifə və digər yüzlərlə fəzilətlərə malik olan yeganə şəxsdir. 

 

Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. İslam peyğəmbəri Həzrət Məhəmmədə (s) ilahi vəhy ilk dəfə nazil olan zaman Həzrət Əli (ə) İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.

 

İmam Əli (ə) İslam peyğəmbərindən (s) qısa müddət sonra Məkkədəki təzyiqlər səbəbilə Mədinə şəhərinə köçmüş və burada Peyğəmbərin (s) qızı Həzrət Fatimeyi-Zəhra (ə) ilə ailə həyatı qurmuşdur. Mədinədə Həzrət Məhəmməd (s) peyğəmbərlə keçirdiyi 10 illik müddət ərzində müharibələrdə sərkərdə kimi iştirak etmiş, İslam peyğəmbərinə nazil olmuş ilahi bildiriş və əmrləri çatdırmış və demək olar ki, bütün döyüşlərdə iştirak edərək İslam dinin müdafiəsində və güclənməsində fəal rol oynamışdır. 

 

Həzrət Əli (ə) İslam peyğəmbərinin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi iştirak etsə də, bəzilərində ona rəhbərlik məsuliyyəti tapşırılmışdır. Ühüd döyüşündə müsəlmanların bəziləri meydanı tərk edərkən Həzrət Məhəmməd (s) peyğəmbəri qorumaqla xüsusi rol ifa etmişdi. Həzrət İslam peyğəmbəri (s) də onun barəsində "Əlidən başqa igid, Zülfüqardan savayı qılınc yoxdur" ifadəsini işlətmişdir.

 

İmam Əli (ə) miladi 656-cı ildə Xəlifə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir. Beş ilə yaxın müsəlmanlara xəlifəlik edən Həzrət Əli (ə) 661-ci ilin Ramazan ayında Kufə məscidində sui-qəsd nəticəsində şəhid edilmişdir.

 

İmam Əlinin (ə) fəzilətləri barədə həm Qurani-kərimdə çoxlu ayələr nazil olmuş, həm də Həzrət Məhəmməd (s) peyğəmbərdən çoxlu mənbələrdə xeyli sayda hədislər nəql olunmuşdur. Həmçinin məzhəbindən, dinindən, təfəkkür tərzindən asılı olmayaraq, müxtəlif yazıçı və mütəfəkkirlər tərəfindən İmam Əli (ə) barədə qələmə alınmış çoxlu əsərlər mövcuddur.

Загрузка...
Загрузка...