​İŞİD Türkiyəni təhdid etdi: Azərbaycanda çəkilib?

Baxış sayı: 
27
1  
0  

İŞİD terror qruplaşmasının özlərini “Türkiyə vilayəti” olaraq adlandıran qrupu ilk dəfə təbliğat videosu yayıb.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
 
Məlumata görə, videoda 5 terrorçu əvvəlcə İŞİD lideri Bağdadiyə bağlı olduqlarına dair and içib. Bundan sonra onların arasından türk dilində danışan bir nəfər çıxış edərək Türkiyə və ABŞ-ı təhdid edib.
 
Əbu Katada əl-Türki adlı terrorçu deyib:
 
“Bu gün “İslam Dövləti”ni İraq və Şamda zəiflədərək onun aslanlarının cihadlarını tərk edəcəklərini düşünürsənsə, yanılırsan”.
 
İŞİD və oxşar radikal təşkilatların fəaliyyətlərini sosial şəbəkə hesabları vasitəsilə izləyən və əldə olunan məlumatları yayan, təhlil edən “SİTE İntelligence Group” nəşrinin direktoru Rita Katz terrorçuların yaydığı videoya münasibət bildirib:
 
“Video qruplaşmaya yeni döyüşçülər qazandırmaqla bağlı səylərin bir parçasıdır. Görüntü Qafqazda və Azərbaycanda çəkilənlərə bənzəyir, olduqca keyfiyyətsizdir”.

Загрузка...
Загрузка...