İşğalçıya Azərbaycana atmaq üçün mərmi göndərən vasitəçi – Türkiyəsiz MQ-da Rusiya da olmamalı...

Baxış sayı: 
105
1  
0  

 
 
 
İyulun 12-17-də Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar zamanı Silahlı Qüvvələrimiz işğalçıya əməllicə dərs verdi. Bu hadisələr zamanı xalqımızın, o cümlədən xaricdə yaşayan soydaşlarımızın Ordumuza, Ali Baş Komanda möhtəşəm dəstəyi ilə yanaşı, Azərbaycanın dostlarını və “dostlarını” da bir daha bilmiş, görmüş, tanımış olduq.
 
Əlbəttə, proseslərin ilk günündən Türkiyə Azərbaycana açıq dəstək verdi və onu heç bir zaman tək qoymayacağını bəyan etdi. Bir çox digər dövlətlərin də dəstəyini aldıq. Bütövlükdə dünyanın əksər dövlətləri işğalçıya qarşı bəyanatlar verdilər.
 
Habelə, bu döyüşlər zamanı Ermənistana silah verən və satanları da ifşa etmək mümkün oldu.
 
Təbii, bütün dönəmlərdə Rusiyanın Ermənistana hərbi yardımlar göstərməsinin şahidi olmuşuq. Bu baxımdan Tovuz döyüşləri zamanı da Rusiyanın işğalçıya dəstək verməsini gözlənilməz saymaq doğru olmaz. Ancaq məsələ ondadır ki, Rusiya illərdir Azərbaycanın strateji tərəfdaşı olduğunu bəyan edir, Ermənistanın Azərbaycana qarşı təxribatlarında iştirak etməyəcəyi görüntüsünü yaratmağa çalışırdı. Ən azı bunu gizlətməyə cəhd edirdi.
 
Ancaq fakt ortadadır, Tovuz döyüşləri zamanı Rusiya Ermənistana 400 tonluq hərbi-silah-sursat göndərib və bu, deşifrə olunub!
 
1261826_001.jpg (42 KB)
 
Ermənistan hərbi təxribatlar törətməyə başlayandan sonra – xüsusi ilə 15-16 iyulda Azərbaycan ordusundan ciddi cavab aldı və panikaya düşdü. Rusiya bu zaman açıq-aşkar onu ürəkləndirməyə başlayıb və silahla təmin edib. Ermənistana 7 təyyarə reysi ilə 17 iyul-4 avqust tarixlərində silah-sursat, o cümlədən müasir elektron müharibə sistemləri göndərib. Bunların arasında - "Krasuxa", "Avtobaza", "Sky-M" sistemləri də var. Maraqlısı və təəssüf doğuranı isə həmin silahların Qazaxıstan, Türkmənistan və İran üzərindən gələn yük təyyarəsi ilə daşınmasıdır. Gürcüstan öz ərazisindən bu hərbi yardımın işğalçı ölkəyə aparılmasına razılıq vermədiyi üçün qeyd edilən uzun bir marşrut seçilib.
 
1261826_002.jpg (116 KB)
 
Əlbəttə, bu 3 “dost” ölkədən də izahat istəniləcək. Amma ən ciddi izahatı Rusiya verməlidir.
 
Qeyd edək ki, avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə bu məsələyə dair telefonla zəng edib.
 
Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
 
 
 
Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
 
Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
 
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
 
ilham aliyev and putin (2).jpg (68 KB)
 
Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.
 
Bu fakt göstərir ki, Azərbaycan müstəqil siyasət həyata keçirən ölkə kimi, Azərbaycanın milli, hərbi, siyasi maraqlarına zidd davranışlar göstərən ölkələrlə sərt tonda danışır, beynəlxalq arenada ölkəmizin, xalqımızın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir.
 
Eyni zamanda bir daha təsdiq olur ki, Azərbaycanın milli marqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur. Bu, hər dövlət başçısının bacardığı iş deyil, xüsusi qətiyyət və cəsarət tələb edir...
 
Rusiya bu cür davranışı ilə faktiki olaraq həmsədr ölkə kimi obyektiv tərəf olmadığını aşkar şəkildə etiraf etmiş olub. Təbii ki, bu, ilk fakt deyil.
 
Qarabağ müharibəsi başlayan gündən Ermənistanən silah təminatçısı rolunu məhz Rusiya həyata keçirib və bu gün də həmin prosesi davam etidir.
 
     Rus generalı erməniləri silahlandırdıqlarını etiraf edəndən sonra qətlə yetirilib!
 
Hətta bununla bağlı Rusiyanın generallarından biri də ifşaedici faktlar açıqlamışdı. 1992-1996-cü illərdə hər il üçün bir milyard dollar həcmində Rusiyadan Ermənistana hava you ilə çox böyük partiyalarla hərbi yüklər daşınmasını rus generalı Lev Roxlin rəsmən bəyan etmişdi.
 
Onun hesabatında qeyd edilib ki, təkcə 1992-ci ilin iyul-avqust aylarında Rusiyadan Ermənistana 84 ədəd T-72 tankı, 50 ədəd BMP-2 zirehli texnikası, 350 min əl qumbarası, partladıcı maddələr, atıcı silahhlar, tank və artileriya maşınlarının ehtiyat hissələri, yanacaq və s. göndərilmişdi.
 
1997-ci ildə Moskvada Dövlət Dumasında çıxış edən general Lev Roxlin 1992-1996-cı illərdə təmənnasız olaraq Ermənistana göndərilən böyük həcmli silah-sursat məsələsinin müzakirəyə çıxarılmasını tələb etmişdi.
 
lev.jpg (17 KB)
 
Onun Dumada belə hesabatla çıxış etməsi Rusiyanın siyasi dairələrində böyük qalmaqal doğurmuşdu. 3 iyul 1998-ci ildə isə Lev Roxlin Moskva yaxınlığındakı bağ evində odlu silahdan açılan atəşlə qətlə yetirildi...
 
Və daha bir maraqlı fakt: Bir çox mənbələrlə təsdiqlənir ki, Şuşanın işğalı öncəsi də Ermənistandakı rus hərbi bazalarından erməni döyüşçülərinə verilmiş 400 tondan çox hərbi sursat təhvil verilib...
 
Bütün dünyaya o da bəllidir ki, 20-ci əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin törədilməsində Rusiyanın 366-cı alayı birbaşa iştirak edib.
 
Xocalı üzərinə hücumda iştirak edən Rusiyadakı hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik V.Savelyev özünün Rus hökumətinə yazdığı "Məxfi arayışında" erməni silahlı dəstələri ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatlara şərh verərək yazıb: “Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.
 
Bəlkə də 1994-cü ilə - atəkəs elan olunanadək Rusiya utanmayıb dilə gətirə bilərdi ki, Ermənistan bölgədə forpostumdur, onu himayə edirəm və s. Ancaq məsələ ondadır ki, Rusiya ATƏT-in Minsk Qrupunun üzvüdür və rəsmi şərtə görə həmsədr ölkə tərəfkeşlik edə bilməz!
 
Ancaq faktlar təsdiq edir ki, Rusiyanın Ermənistanı silahlandırmaqda davam edir və bu, işğalçı ölkəyə birbaşa dəstəkdir.
 
Məsələ ondadır ki, Ermənistan vasitəçi (!) Rusiyadan aldığı bombaları, mərmiləri Azərbaycana yağıdırır. Beləliklə, nəticə hasil olur ki, silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir və bunu da edən Moskvadır.
 
Həmçinin, buradan bir nəticə hasil olur ki, bölgədə münaqişənin həll edilməmiş qalması Rusiyanın marağındadır və bu cür davranış -silahlandırma məqsədlidir, mövcud status-kvonun saxlanmasına xidmət edir.
 
Rusiya faktiki olaraq Azərbaycanın apardığı siyasət nəticəsində acınacaqlı və aciz duruma saldığı, bütün regional layihələrdən kənarda qoyduğu Ermənistan ardıcıl siyasi, iqtisadi, hərbi zərbələrdən sarsılıb. 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də Rusiya Ermənistanı həvəsləndirmək, geri çəkilməmək üçün ona PULSUZ OLARAQ silahlar verir.
 
Rusiyanın bu cür davranışları, ATƏT MQ-nin həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizliy"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanata ziddir. O cümlədən, Moskvanın Ermənistana bu hərbi dəstəyi, açıq silahlandırma siyasəti 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə ziddir.
 
Ən əsası, bu cür davranışlar strateji əməkdaşlıq siyasətinə, yaxın qonşuluq münasibətlərinə uyğun gəlmir. Ən əsası isə Rusiya Minsk Qrupunda nümayişkəranə şəkildə erməni tərəfində duran ölkədir.
 
Beləliklə, ümumilikdə ortaya çıxan bir fakt var: ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalıdır. Bu uzun illərdir tələb olunan məsələdir. Azərbaycan bu şəkildə həmsədr institutu ilə təbii ki, razılaşa bilməz və onun buraxılmasını, yeni tərkib formalaşmasını tələb etmək haqqına malikdir.
 
Ekspertlər ən obyektiv variant kimi Türkiyənin həmsədr ölkə qismində prosesə cəlb edilməli olduğunun artıq şərt, zərurət olduğunu bildirirlər.
 
Bu məsələ hələ bir müddət öncə şərt kimi qoyulub. 2015-ci ildə millət vəkili, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev həmsədr ölkələrin sayının 5 olması, Türkiyə və Almaniyanın cəlb edilməsi təklifi ilə çıxış etmişdi. Əlbəttə, bu təklif Azərbaycanın razılaşdırılmış mövqeyi idi.
 
Yəni indiki formatın Azərbaycanı qane etmədiyi, yeni tərkibin formalaşması və Türkiyənin həmsədr ölkələrdən biri olması təklifi bu gün deyil, illərdir tələb olunur. İndi isə artıq bunun sadəcə reallaşdırmaq zamanıdır, mövcud - effektsiz, ədalətrsiz formatdan imtina etmək üçün Azərbaycanın tam əsasları var.
 
Elşad MƏMMƏDLİ
 
“Yeni Müsavat”

Загрузка...
Загрузка...