“İşğalçılıq siyasəti Ermənistanı ticarət imkanlarından məhrum edir” - Elmar Məmmədyarov

Baxış sayı: 
28
1  
0  
Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdulaşdırır və daraldır.
 
Turaninfo.org xəbər verir ki,AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşü çərçivəsində Avrasiya panelində inklüziv rəqəmsal inkişafa dair çıxışı zamanı bildirib.
 
 
Nazir qeyd edib ki, bu işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir: "Beləliklə, biz hələ daha da geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik".
 
Загрузка...
Загрузка...