İşğalçı PKK/YPG-dən QƏFİL DÖNÜŞ: Əsəd hökuməti ilə razılaşdılar

Baxış sayı: 
44
2  
0  

 
Hurriyyet.org xəbər verir ki, Suriyanın SANA rəsmi informasiya agentliyi Suriyanın hökumət qüvvlərinin YPG/PKK ilə razılaşma çərçivəsində şimala doğru hərəkətə keçdiyini bəyan edib.
 
Suriyanın şimal-şərqini işğal eləmiş PKK terror təşkilatının əsas qüvvəsi olduğu Suriya Demokratik Qüvvələri dünən hökumət ilə əldə etdiyi razılaşmada Suriya ordusunun bəzi bölgələrə daxil olmasını qəbul eləmişdi.
 
SDQ-nin açıqlamasında deyilir: “Suriya hökuməti ilə ordusunun Suriya-Türkiyə xəttindəki xəttə daxil olmasını və burada yerləşməsini nəzərədə tutan bir razılaşma əldə elədik”.
 
Tabka ilə Til Temirə daxil olduqları iddiası
 
Suriyanın hökumət qüvvələrinin SDQ-nin nəzarətindəki bplgələrdən olan Tabka şəhərinə, ardından Rakka yaxınlığındalı Til Temirə daxil olduğu iddia edilir.
 
SDQ təmsilçiləri Suriya ordusunun Menbiç və Kobanidə yerləşdiriləcəklərini söyləmişdi.
 
Kürdlərin Əsəd rejimi və Rusiya ilə anlaşmasından sonra ABŞ ordusunun Suriyanın şimalındakı təxminən 1000 nəfərlik kontintenti “iki od arasında” qalıb və çəkilməyə məcbur olub. Bu barədə Pentaqon rəhbəri Mark Esper “Fox News” telekanalının efirində bildirib. O, deyib ki, kürdlərin Rusiya və Əsəd rejimi ilə anlaşma əldə etməsi barədə xəbəri “son 24 saatda alıblar” və bu barədə prezident Donald Trampa məruzə edib. Prezidentin milli təhlükəsizlik komandasının üzvləri ilə keçirdiyi müşavirədən sonra ABŞ qüvvələrinin geri çəkilməsi barədə qərar verilib.
 
“Suriya Demokratik Qüvvələri Suriya hökuməti və Rusiya ilə sövdələşməyə gediblər. Və indi ABŞ qüvvələri şimala doğru irəliləyən Suriya ordusu ilə cənuba doğru irəliləyən Türkiyə ordusu arasında tələdə qalıb”, – deyə Mark Esper bildirib.
 
Hurriyyet.org

Загрузка...
Загрузка...