İşğal bölgəsini hərraca çıxaran prokuror – Deputatdan ilginc şərh

Baxış sayı: 
200
1  
0  

Ukraynada Rusiya əleyhinə getdikcə şiddətlənən dövlət siyasətinin din və kilsələrarası düşmənçiliyə çatdığı bir dövrdə ölkənin sabiq baş prokuroru sensasion iddia ilə çıxış edib. Svyatoslav Piskun təklif edir ki, əgər Rusiya Krıma sahib olmaq istəyirsə, onda əvəzini ödəsin.

Turaninfo.org xəbər verir ki, bu barədə millət vəkili Zahid Oruc məlumat verib.

Onun sözlərinə görə, üç dəfə baş prokuror vəzifəsini tutan və siyasətdə aparıcı mövqelərə can atan Svyatoslav Piskun Krımda qalan torpaqların, mülklərin və yaxtaların əvəzində Rusiyadan trilyonlar tələb etməyi ən yaxşı çıxış yolu sayır:

“Doğrudur, böyük biznes imperiyasına malik olan sabiq hüquq orqanı başçısı hesablaşmanın hansı valyuta üzrə aparılmasını dəqiqləşdirməyib.

Amma əvəzində bütün həmvətənlərinə “yaxın 10-15 ildə ərazilərin geri qayıtmacağını nəzərə alıb çıxışlarında yalana yer verməmələrini” tövsiyə edib və ada əhalsinin Rusiya ilə birləşmək qərarını könüllü verdiklərini nəzərə almağı vacib sayıb. Göründüyü kimi, oliqarxiyanın damarlarından axan qan onlarda realizm hissini birinci yerə çıxarır və uğrunda milyonların qurban getdiyi razilərə vətən kimi deyil, sadəcə alqı-satqı predmetitək yanaşır. Ona görə də Moskva Nikita Xruşşovun mənəvi varislərinin Kiyev dövləti ətrafında hələ də yaşayıb ömür sürdüklərini yaxşı bilir və onların keçən əsrin ortalarında Ukraynaya verilən ərazilərə qətiyyən özlərininki kimi yanaşmadıqlarına əmindir”.

Zahid Oruc qeyd edib ki, Piskunun Krımı hərracda satmaq xəyalı artıq baş vermiş faktla barışmaq və təslim olmağa hazırlaşmaq kimi dəyərləndirilməkdən daha çox onun kimi kriminal pul sahiblərinin istənilən prosesdən qazanmaq şakəri olaraq qiymətləndirilməlidir: “Məgər, müharibələr biriləri üçün ölüm, qan-qada, digərlərinə yağmalama, sərvətələkeçirmə və hökmralıq alətitək gərək deyilmi?”.

teleqraf.com

Загрузка...
Загрузка...