İrəvanın YENİ MÜHARİBƏ TAKTİKASI - Düşmən Qarabağda HƏRƏKƏTƏ KEÇDİ

Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb.
 
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən təlimlərin məqsədi müdafiə və əks-hücum məqsədi daşıyır.
 
Qarabağa gələn Ermənistan prezidenti Serj Sarkisyan da təlimləri izləyib.
 
“Lragir” saytı yazır ki, “Ermənistan ordusu əks-hücum planları hazırlayır. Çünki hazırkı situasiyada Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ dondurulub, bu, mövcud status-kvonun möhkəmləndirilməsidir. Azərbaycan vəziyyətlə barışmır. Təlimlər də məhz rəqibə hesablanıb. Lakin bu, vəziyyəti daha da gərginləşdirə və Azərbaycanın əraziləri qaytarmaq üçün ikinci və Ermənistan üçün qorxulu olan müharibə variantını gündəmə gətirməsinə səbəb ola bilər”.
 
Görünür, Sarkisyanın Qarabağa səfərinin səbəblərindən biri də məhz cəbhədə yeni təxribatlara əl atmaqdır.
 
Asif

Загрузка...
Загрузка...