​İrəvanın təlaşı haqlıdır: Bakı bu silahları ala bilər – Şərh

 
Ermənistan hakimiyyəti və erməni lobbisi Çexiyanın Azərbaycana hərbi texnika satmasından xeyli narahat olub.
 
Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, erməni saytlarında gün ərzində bu məsələ ilə bağlı materiallar dərc edilir:
 
“Azərbaycan ordusu bir neçə gün əvvəl başlanan hərbi təlimlərdə Çexiyadan aldığı hərbi texnikadan da istifadə edir. Müdafiə Nazirliyi həmin hərbi texnikanı internetdə paylaşmaqla erməni separatçılarını daha çox qıcıqlandırıb. İrəvanın narahatlığının səbəbi bəllidir. Avropa İttifaqı dövlətləri Dağlıq Qarabağ münaqişəsinə görə illərdir nə Ermənistana, nə də Azərbaycana silah satır, yəni faktiki hər iki ölkəyə qarşı qeyri-rəsmi embarqo tətbiq edilir. Azərbaycan Çexiyadan hərbi texnika almaqla bu embarqonu yardı və ermənilər qorxurlar ki, sabah İtaliya, Fransa və digər Avropa istehsalı silahlar da Azərbaycan ordusunda peyda ola bilər”.
 
Politoloq qeyd edib ki, ermənilər narahatlıqlarında haqlıdırlar:
 
“Çünki Avropa İttifaqı ölkələri Azərbaycanın Rusiyadan və İsraildən silah və hərbi texnikanın alışına on milyardarla dollar xərclədiyini görür. Bu ticarətdən Rusiya və İsrail yüksək məbləğdə gəlir götürür. Avropa ölkələrinin də bir çoxunda silah və hərbi texnika istehsalı var və onlar da Rusiya və İsrail kimi silah satışından qazanmaq istəyirlər”.

Загрузка...
Загрузка...