İrəvanda Putinlə qapalı görüşdə Qarabağdan nələr danışıldı? - Paşinyanın çoküşünün ŞOK DETALLARI

Baxış sayı: 
49
2  
0  

“Paşinyan qeyri-səmimi siyasətçi imicinə malikdir. Eyni zamanda, sözünün üstündə dayanmağı bacarmayan siyasətçi kimi tanınır”.
 
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
 
 
Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyi çərçivəsində İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə görüşü haqqında danışan millət vəkili bildirib ki, bir çox hallarda onun özünü təkzib edən ifadələri cəmiyyətdə gülüş hədəfinə çevrilir: “Bir yandan o, hakimiyyətdə olduğu dövrdə heç zaman ölkəsinə rəsmi səfərə gəlməyən Vladimir Putinlə sıx münasibətlərinin olduğu təəssüratını yaratmaq istəyir. Digər tərəfdən isə öz komandasına anti-Rusiya siyasətçilərini toplayıb. Onun komandasında nazirlərin mütləq əksəriyyəti “Sorosun uşaqları” adlandırılan siyasətçilərdir ki, onlar da birbaşa Amerika ilə bağlı şəxslərdir. Təsvvür edin ki, ABŞ-ın regionda fəaliyyə göstərən səfirliklərində ən çox işçi Ermənistandadır. Bu ölkədə iki min beş yüzə qədər əməkdaş çalışır. Kiçik bir ölkədə bu rəqəm onu göstərir ki, Birləşmiş Ştatlar Ermənistanda öz mövqelərini gücləndirmək istəyir. Bunun üçün də münbit şəraiti Paşinyan yaratmaqdadır. Ən əsası, öz komandasına ABŞ lehinə olan qüvvələri toplaması bunu sübut edir. Hesab edirəm ki, Putin kimi ciddi bir siyasətçi Paşinyanın qeyri-səmimiliyinə yaxşı bələddir. Onların saat yarımlıq görüşü də, Paşinyanın təyyarəyə qədər Putini yola salmaq üçün gəlməsi də əslində baş nazirin mahiyyətini dəyişmir. Sadəcə gözdən pərdə asmaq istəyir. İllüziya yaratmağa çalışır ki, guya Ermənistan rəhbərliyi Rusiyanı özünə dost hesab edir. Putin kimi təcrübəli siyasətçi üçünsə söz deyil, əməl lazımdır. Əməldə isə biz onun şahidiyik ki, Paşinyan qərbə tərəf boylanır. Bunu da Putin və onun komandası hiss etməyə bilməz”.
 
Elman Nəsirov bildirib ki, heç şübhəsiz ki, Putinlə Paşinyan arasından baş tutan görüşdə Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də müzakirə olunub: “Hər halda, Rusiya prezidenti onun fərqindədir ki, Paşinyanın hərəkətləri münaqişənin həlli imkanlarını çətinləşdirir. O, əslində, “Dağlıq Qarabağ Ermənistandır” deməklə bütün danışıqlar prosesinin üzərindən xətt çəkmiş olur. Nəzərə alsaq ki, Rusiya Minsk qrupu həmsədr ölkələrindən biridir, belə olan vəziyyətdə Paşinyanın davranışı Rusiyanın vasitəçilik missiyasına daban-dabana ziddir. Fikrimcə, Paşinyanın özünün həddən artıq Putinə şirin göstərmək niyyəti vəziyyəti dəyişmir. Necə deyərlər, toplananların yerini dəyişəndə cəm dəyişmir. Paşinyanın Rusiya ilə dost olması, özünü onun müttəfiqi hesab etməsi ilə bağlı fikirlərinə heç kim ciddi yanaşmır”.
 
Zümrüd

Загрузка...
Загрузка...