İrəvan qaynayır: Meriya tutuldu, küçələr bağlandı

Baxış sayı: 
530
0  
0  

 
 
 
İctimai fəal Vaçe Qəribyanın rəhbərliyi altında Yerevan meriyasının binasına zorla daxil olan etirazçılar mer Taron Markaryanın istefasını tələb etməkdə davam edirlər.
 
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, meriya ilə bərabər, Yerevanda bir sıra əsas küçələr də etirazçılar tərəfindən bağlanıb. Küçələri bağlayan etirazçılar “Sasna Tsrer” qrupunun həbsdəki üzvlərinin azadlığa buraxılmasını istəyiblər.
 
Aksiyalara qrupun həbsdəki üzvlərinin qohumları da qoşulublar. Onlar həbsdə olan qrup üzvlərinin azadlığa çıxmayacağı təqdirdə etirazların coğrafiyasını genişləndirəcəklərini açıqlayıblar.
 
Qeyd edək ki, bu gün Yerevanda “Sasna Tsrer” işi üzrə məhkəmə iclası keçirilir.
 
 
*   *   *14:45
 
Yerevan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər zorla şəhər administrasiyasının binasına giriblər.
 
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları merin kabinetinə keçməyə çalışırlar. Polislər və meriyanın əməkdaşları onların qarşısını kəsiblər.
 
Qeyd edək ki, mer sabiq baş nazir Andranik Marqaryanın oğlu və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra müxalifətə keçən Respublika Partiyasının üzvüdür. Marqaryan 2011-ci ildən bu postu tutur.
 
Yerevan merinin istefası tələbi ilə etiraz aksiyası ötən həftə başlayıb.

Загрузка...
Загрузка...