“İrlandiyada Rusiya kəşfiyyatının fəaliyyəti ciddi təhlükə törədir” - The Sunday Times

Baxış sayı: 
79
2  
0  

 
Rusiya Federasiyası İrlandiyadakı xüsusi kəşfiyyat şəbəkəsi vasitəsilə adanın həm Avropa, həm də Şimali Amerika ilə sualtı kabel bağlantılarının haradan keçdiyini öyrənməyə cəhd edir.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Sunday Times” qəzetində məlumat yayılıb.
 
İrlandiya ordusu Rusiya Müdafiə nazirliyinin baş kəşfiyyat idarəsinin öz casuslarını bu məqsədlə göndərdiyi barədə infromasiyalara malik olduğunu bildirib. Xüsusilə xarici pasportlu şəxslərin Dublindəki limanların infrastrukturunun diqqətlə incələməsi halları olduqca çoxalıb.
 
Britaniya və ABŞ rəsmiləri Rusiyanın sualtı qayıqlarının transatlantik kabellərin yerləşdiyi nöqtələri axtardığını, müharibə halında rabitə bağlantılarını dərhal kəsməyi planladıqlarını qeyd edirlər.
 
“İrlandiyada əks-kəşfiyyat xidməti zəifdir. Bu səbəbdən Moskva buranı “zəif bənd” olaraq gözdən keçirir”,-deyə britaniyalı politoloq Mark Qaleotti qəzetə söylyəib. Onun fikrincə, Rusiya Dublində yerləən xüsusi ofislərdən də casusluq fəlaiyyəti üçün istifadə edə bilər.
 
“Rusiya təhdidi” Böyük Britaniya mətbuatının və rəsmilərinn sevimli mövzularından sayılır. Hələ 2018-ci iln yanvar ayında Birləşmiş Krallığın müdafiə naziri Gevin Uilyamson Moskvanın adaların ölkə üçün həyati önəm kəsb edən infrastrukturunu yox etməyə çalışdığı barədə məlumat vermişdi. Uilyamson Rusiya kəşfiyyatının əsas diqqətini Britaniyanı Avropa qitəsinə bağlayan kabellərə yönəltdiyini vurğulayıb. Qeyd etmək lazımdır ki, Böyük Britaniyada 3 milyondan çox evin enerjisi qitədən gələn 3 qaz kəməri və 4 enerji kabel bloku ilə təmin olunur.
 
Rusiya Dövlət Dumasının Müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Yuri Şvıtkin isə Gevin Uilyamsonun “fantaziyalar uydurmaqda heç bir hüdudunun olmadığını” bildirib.
 
2019-cu ilin avqustunda “The Daily Telegraph” qəzeti Böyük Britaniya ordusundakı qaynaqlarına istinadən Rusiyanın “Varşavyanka” 636 tipli, görünməyən və elektrik-dizel mühərriki ilə çalışan sualtı qayıqlarının ölkənin hərbi-dəniz qüvvələrinə ciddi təhdid göstərdiyini xəbər edib.
 
Musavat.com
 
 

Загрузка...
Загрузка...