İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - Video

 
İranın ali dini lideri Əli Xameneyinin tərəfdarı kimi tanınan, hökumətə bağlı xanəndə türkləri təhqir edib.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tetelu ləqəbi ilə tanınan Əmir Maqsudlunun sosial şəbəkədə yayımlanan videosunda o, türklərin nadan insan olduğuna eyham vurub.
 
Videodan göründüyü kimi Telelu irqçi bir yanaşma ilə türklərin yaddaşının zəif olduğunu, hadisələri gec başa düşdüklərini bildirib.
 
Tetelunun sosial şəbəkələrdə yayılan videosu Azərbaycan türklərinin geniş etirazına səbəb olub.

Загрузка...
Загрузка...