​İranlı gənc Xameneinin qarşısında hakimiyyəti tənqid etdi – Video

Baxış sayı: 
37
1  
0  

Dünən 115 nəfər milli və dünya elmi olimpiadalarının mükafatçıları, İranın gənclərdən ibarət voleybol milli komandasının üzvləri İran ali lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
 
Bu barədə İran mətbuatı məlumat yayıb.
 
Məlumata görə, görüş zamanı medal qazanmış gənclərdən biri Ayətullah Əli Xameneiyə ölkənin vəziyyətindən şikayət edib və hazırkı hakimiyyəti kəskin tənqid edib:
 
“Bu ölkənin seçilmiş gəncləri ümidsizləşirlər. Özündən, xalqından, məmləkətindən ümidsizləşir. Savadlı gənclərin ümidsizləşməsi adi bir məsələ deyil. Bir beyinin əldən çıxması deməkdir. Mən özümün və dostlarımın ümidsizliyini görmüşəm. Bu ağır dərddir. Cənab Ağa, olimpiyadalarda iştirak edənlərin əksəriyyəti ölkədən getmək istəyir. Mühacirət yox, qaçmaq istəyirlər. Burada olmaq istəmirlər. İstəmirlər ədalətsizlikləri görsünlər. Getmək, vətənə, millətinə, ailənə olan eşqi tapdalamaq deməkdir. Bu çox acıdır”.
 
Ayətullah Xamenei gəncin şikayətlərinin bəzilərilə razı olduğunu vurğulayıb:
 
“Mümkündür ki, mən sizin bəzi sözlərinizə razı olum. Amma ümidsizliyə qapılmağınızı şiddətlə qınayıram. Siz gəncsiniz və dedikləriniz isə problemlərdir. Problemlərin qarşısında naümid olsaq, gərək sizdən əvvəlki nəslin hərəkatı dayanaydı. Və biz indi tağut rejimi dövründəki geridə qalmışlıq və fəsadla birlikdə yaşayırdıq. Naümid olmayın və heç bir şey sizin naümid olmanıza səbəb olmasın. Bu ölkə o ölkədir ki, təəssüfverici vəziyyətdən bu hala gəlib çıxıb. Siz cavanlar bunun sayəsində seçilmiş bir gənc olmusunuz. Və indi rahat şəkildə öz iradlarınızı bildirirsiniz. Sizin bu iradlarınız inşallah nəzərə alınacaq. Bu çox mühümdür. Məmləkət bu yerə gəlib çatıb. Bunun qədrini bilin. Qətiyyən ümidsiz olmayın”.
 
Tədbirin sonunda gənc Ayətullah Seyid Xamenei ilə görüşməyin uşaqlıq arzusu olduğunu bildirib və onun yanına yaxınlaşaraq qucaqlayıb.
 
eastnews.org
 

Загрузка...
Загрузка...