​İranla gərginliyi azaltmaq üçün kimdənsə icazə alacaq deyilik" - Fransa XİN

Baxış sayı: 
30
1  
0  

Fransa İranla bağlı tam suveren şəkildə danışır. Fransa regionda sülh və təhlükəsizlik üçün, gərginliyi azaltmaq imkanı əldə etmək üçün əzmlə çalışır. Fransa bunlar üçün icazə almaq zərurəti görmür.
 
Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu fikirlər Fransanın Avropa və xarici işlər naziri Jan-İv le Drianın ötən gün yaydığı bəyanatında əksini tapıb.
 
“Fransa nüvə silahlarının yayılmasını əngəlləyən Vyana Müştərək Əhatəli Planını (JCPoA) qəbul edir. Birləşmiş Ştatlar istisna olmaqla JCPoA-nın başqa iştirakçıları kimi öz imzasına sadiqdir, İranın öz öhdəliklərinə tam şəkildə əməl etməyi qətiyyətlə tələb edir.
 
Artan gərginlik dialoq üçün müvafiq şəraiti bərpa etmək zərurətini ortaya qoyur. Bunu da prezident Makron ilk növbədə JCPoA-nın avropalı iştirakçıları olmaqla tərəfdaşlarımızla yerinə yetirir. Əlbəttə, ABŞ rəhbərlərini də mütəmadi xəbərdar edir. Bütün səylər təhlükəli qarşıdurmanın başlanğıcı olan bu münaqişəli vəziyyətdən hamımızın yayınmağımıza gətirib çıxarmalıdır”.
 
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emanuel Makronu ABŞ ilə İranın münasibətlərinə qarışmamağı xahiş edərək Fransadan Tehrana “ziddiyətli mesajlar”ın ötürüldüyünü iddia edib.

Загрузка...
Загрузка...