​İranın vurduğu təyyarədə 4 azərbaycanlı olub - Şok detal

Baxış sayı: 
113
1  
0  

Ötən günlərdə Tehranda SEPAH tərəfindən raketlə vurulan Ukraynaya məxsus “Boinq 737-800” tipli sərnişin təyyarəsində həlak olanlardan 4-ü Güney Azərbaycanın Xoy şəhərindən olub.
 
Axar.az Günaz Tv-yə istinadən xəbər verir ki, Xoy əhalisi sosial şəbəkələrdə çağırış mətni yayaraq günahsız yerlilərinin təyyarədə həlak olması ilə bağlı etiraz yığıncağı keçirəcəklərini bildiriblər.
 
Mətndə bildirilir:
 
“Boinq sərnişin təyyarəsinin SEPAH-ın özbaşına əməkdaşları tərəfindən birbaşa vurulması faciəsində dörd yerlimiz həlak olub. Bunun üçün bazar ertəsi günü yerli vaxtla saat 17:00-da Xoy şəhərinin mərkəzinə toplaşaraq dinc etiraz aksiyası keçirərək faciəni yaradanlar və yalançı şəxslərin məhkəmə qarşısına çıxarılmasını tələb edəcəyik. Bundan əlavə təyyarə faciəsi qurbanlarının xatirəsinə şamlar yandırılacaq.”
 
Xatırladaq ki, yanvarın 8-də Tehranın Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boinq 737-800” tipli sərnişin təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub. Bu faciə İran və Güney Azərbaycan şəhərlərində geniş etiraz aksiyalarına yol açıb.

Загрузка...
Загрузка...