​İrandan AÇIQLAMA: Qara qutular Ukraynaya göndəriləcək

Baxış sayı: 
46
2  
0  

İran Tehranda vurulmuş “Boeing”in qara qutularını Ukraynaya göndərəcək.
 
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiyası Təşkilatının Hadisələrin Araşdırılması Bölməsinin başçısı Həsən Rezayefar məlumat verib.
 
Həsən Rezayefar bildirib ki, İranda qara qutuların şifrəsini açmaq mümkün deyil:
 
"Ukraynanın arzusuna əsasən, bort qeydiyyatçıları bu ölkəyə göndəriləcək. Fransa, Kanada və ABŞ-dan olan ekspertlərin köməyi ilə Kiyevdə onların şifrəsini açmağa cəhd edəcəklər. Əgər, bu cəhd müvəffəqiyyətlə nəticələnməsə, qara qutular Fransaya göndəriləcək".

Загрузка...
Загрузка...