İranda rejim dəyişəcək və... - Sabiq baş nazirdən etiraz aksiyaları ilə bağlı ŞOK SÖZLƏR

Baxış sayı: 
78
1  
1  

“Yaxın Şərqdəki problemlərin sülh yolu ilə həll edilməsi üçün İrandakı rejim dəyişməlidir”.
 
Publika.az xəbər verir ki, bu sözləri Kanadanın sabiq Baş naziri Stiven Yosef Harper deyib.
 
Hindistanın paytaxtı Yeni Delhidə qlobal problemlərlə bağlı beynəlxalq konfransda çıxış edən sabiq baş nazir bildirib ki, İranın mülki təyyarəni bilərəkdən endirəcəyinə inanmadığını, ancaq bunun baş verə biləcəyini bilsə də, normal mülki hava nəqliyyatına icazə verdiyini bildirib: “Bu, sizə rejimin təbiəti və prioritetləri haqqında nələrsə deyir”.
 
 
 
“Yaxın Şərqdə sülh görmək istəyiriksə, İranda bir dəyişiklik etmək lazımdır. Bölgədə gedərək artan sayda dövlət görürəm. Sünni ərəb monarxiyalarında gedərək daha çox əməkdaşlıq, birgə gələcək və ortaq maraqlar üçün birliklər var. Ancaq sadəcə bir dövlət dini fanatizmə, anti-yəhudiliyə və regional imperializmə istinad edir. Ukrayna təyyarəsinin vurulmasından sonra baş qaldıran etiraz aksiyalarının ölkəni daha yaxşı orbitə oturdacağına ümid edirəm. Məncə, bu, Yaxın Şərqdəki problemlərin həlli üçün təməl yarada bilər. Bunları, qətiyyən, bir gecədə tapıb demirəm. Lakin İranın təbiətində dəyişiklik olmadan Yaxın Şərqin xaosdan xilas olmayacağını düşünürəm”,- Hafrper vurğulayıb.
 
Qeyd edək ki, Stiven Yosef Harper Mühafizəkarlar Partiyasının lideri kimi 2006-2015-ci illər arasında Kanadanın 22-ci Baş naziri vəzifəsində çalışıb. O, Castin Trüdonun liderliyindəki Liberallar Partiyasının 2015-ci ildəki seçkilərdə təkbaşına iqtidar qurma haqqı əldə etməsindən sonra partiyasının liderliyindən istefa verərək siyasətdən gedib.
 
Zümrüd

Загрузка...
Загрузка...