İranda koronavirusdan ölənlərin sayında azalma var

Baxış sayı: 
369
2  
0  

İranda son bir gündə 136 nəfər koronavirusdan ölüb.

“İhlas Xəbər Agentliyi” (İHA) məlumat verir ki, bunu İran Səhiyyə Nazirliyinin Mətbuat Katibi Kiyanuş Cahanpur bildirib.

O deyib ki, son 24 saat ərzində 2274 nəfərin koronavirus testi pozitiv nəticə göstərib.

 

Bununla da, ölkədə koronavirusa yoluxanların sayı 60 500 nəfərə çatıb.

İranda 3739 nəfər virusdan ölüb.

K.Cahanpur 24 236 nəfərin sağaldığını, 4083 xəstənin isə reanimasiyada müalicə aldığını deyib.

 
Загрузка...
Загрузка...