İranda koronavirus sürətlə yayılır - ÖLƏNLƏRİN SAYI ARTIR

Baxış sayı: 
162
2  
0  

 

İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb.
 
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
 
Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub. Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.
 
Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6 nəfərdir.
 
2019-nCoV koronavirusu ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq bu ölkədə 2 442 nəfər yeni virusun qurbanı olub. Çində koronavirusa yoluxanların sayı 76 939 nəfərə çatıb, daha 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.(Report)

Загрузка...
Загрузка...