İranda hərbi parad zamanı atışma - Ölən və yaralananlar var

Baxış sayı: 
106
2  
0  

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.

Turaninfo.org Trend-ə istinadən bildirir ki, naməlum şəxslər hərbi konvoyu atəşə tutub.

İlkin məlumata görə, insident nəticəsində bir neçə əsgər ölüb, yaralılar da var.

Məlumata görə, naməlum şəxslər atəşi parad keçirilən əraziyə yaxın yerləşən parkdan açıblar. Ölən və yaralanan əsgərlərlə yanaşı, mülki şəxslərin də xəsarət aldıqları bildirilir.

Son məlumata görə, atəş açan şəxslərdən birinin zərərsizləşdirilib, digərilərinin isə hadisə yerindən qaçmağa müvəffəq olduqları qeyd edilir. Həmin şəxslərin axtarışları aparılır.

Yaralılar xəstəxanaya çatdırılır.

 
Загрузка...
Загрузка...