İranda etiraz dalğası Tehrana çatdı

Baxış sayı: 
125
1  
0  

Turaninfo.org bildirir ki, qiymət artımına və
milli valyutanın devalvasiyasına görə İranı
bürümüş etiraz dalğası ölkənin paytaxtına – Tehrana çatıb.

Turaninfo.org “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, ölkədəki iqtisadi vəziyyətdən narazı
vətəndaşlar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Daha öncə Məşhəd, Şiraz və İsfahan şəhərlərində
ölkədə iqtisadi şəraitin yaxşılaşdırılması
tələbi ilə etiraz aksiyaları keçirilib.

Aksiya iştirakçıları hakimiyyəti qida
məhsullarının qiymətlərinin artırılmasının
qarşısını almağa və milli valyutanın
məzənnəsinin aşağı düşməsini dayandırmağa
çağırıblar. Aksiya polis tərəfindən dağıdılıb.

 
Загрузка...
Загрузка...