İranda DƏHŞƏTLİ QƏZA: 8 ölü, 18 yaralı

Baxış sayı: 
18
2  
0  

İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşub.
 
Trend-in məlumatına görə, bunu İranın Gülüstan vialyətinin Qonbəd-Kavus rayonunun qubernatoru Əbdülqədir Kərimi deyib.
 
Ə.Kəriminin sözlərinə görə, qəza nəticəsində mikroavtobus yanıb.
 
Kərimi əlavə edib ki, hadisədə 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.
 
Qubernator bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.
 
Kərimi hadisənin yük maşının qarşı yola çıxması nəticəsində baş verdiyini deyib.

Загрузка...
Загрузка...