İranda 1500 il əvvələ aid məzarlıq tapılıb - FOTOLAR

1500 il əvvələ aid olduğu ehtimal edilən məzarlıqdan tapılan insan qalıqları dünya mediasının diqqətini çəkib.
Publika.az xəbər verir ki, ölkənin Loristan bölgəsində tapılan insan qalıqarının Sasanilər dövründə yaşayan insana aid olduğunu deyir. Lakin məzarın uzunluğu alimləri çaş-baş salıb.
2,3 metr uzunluğundakı məzarın içərisində dəfn edilən insanın boyunun 2 metr olduğu ehtimal edilir. Bu isə o dövr üçün səciyyəvi xarakter hesab olunmur.
Arxeoloqlar eyni zamanda Əhəməni imperiyası və Part krallığı dövrlərinə aid də əsərlər aşkarlayıblar. Eyni zamanda məzarın yaxınlığındakı qazıntılar zamanı uşaq sümükləri də tapılıb.
Arxeoloqlar qrupunun sədri Ata Hasanpur əldə olunan qalıqlar haqqında açıqlama verib. Onun sözlərinə görə, tapılan əşyalar içərisində Əhəməni dövrünə aid əşyalar var:
"Bu obyektlər Loristan bölgəsində e.ə. 705-330-cu illərdə məskən salan Əhəməni imperiyasına aid ilk tapıntılar hesab olunur. Kərpic divarlarla hörülmüş məzarda dəfn edilən nəhəng insan isə bir çox suallar ortaya çıxarır. Qəbrin içərisindən tapılan digər əşyalar isə Sasanilər dövrünü xarakterizə edir. Daha dəqiq məlumat radiokarbon analizlərindən sonra veriləcək".
Könül Cəfərli

Загрузка...
Загрузка...