İrana hücum üçün bu ölkədən cavab gözləyirlər - Trampdan DƏHŞƏTLİ MÜHARİBƏ ANONSU

Baxış sayı: 
25
1  
0  

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlardan sonra bazarda vəziyyəti sabitləşdirmək üçün zəruri olduqda ölkədə mövcud olan neftin strateji ehtiyatlarını istifadə etməyə icazə verib.
 
Publika.az TASS agentliyin’ istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti tvitter hesabında bildirib.
 
"Səudiyyə Ərəbistanında neftin qiymətlərinə təsir edə biləcək hücumları nəzərə alaraq, mən əgər lazım olsa, bazarların təchizatının normal səviyyəsini dəstəkləmək üçün strateji neft ehtiyatından nefti istifadə etməyə icazə verdim", - o qeyd edib.
 
Tramp əlavə edib ki, ABŞ Ər-Riyaddan “Saudi Aramco”nun neft obyektlərinə hücumun arxasında kimin dayandığına dair bəyanat gözləyir və buna əsaslanaraq hərəkət edəcəklər.
 
“Səudiyyə Ərəbistanının neft sektoruna hücüm edilib. Güman etmək üçün əsaslar var və biz bilirik ki, bunda kim günahkardır. Biz tam döyüş hazırlığındayıq və hər şey təsdiqləmədən asılı olacaq. Amma biz gözləyirik ki, krallıq nə deyəcək, hücumun arxasında kim durur və biz sonra necə hərəkət etməliyik?”, - ABŞ lideri bildirib.
 
Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus neft obyektlərinə dronlarla hücum olub. Yəməndəki iranmeylli Hüsi qiyamçıları hücuma görə məsuliyyəti üzərinə götürüb.
 
ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumda İranın əli olduğunu bildirib.
 
“İran prezidenti Həsən Ruhani və xarici İşlər naziri Cavad Zərif diplomatiya ilə maraqlanırmış kimi görünsə də, Səudiyyə Ərəbistanına qarşı təşkil edilən 100-ə yaxın hücumun arxasında Tehranın əli var. İran dünya enerji tarixində bu günə qədər misli görünməmiş hücum təşkil etdi. Bu hücumu Yəmənin etməsi ilə bağlı fakt yoxdur. Bütün dünyanı açıq və sərt şəkildə İranın hücumlarını qınamağa çağırırıq. İran bu hücuma görə məsuliyyət daşıyır”, - o deyib.
 
Amerikalı senator Lindsi Qrehe isə İranın neft obyektlərinə zərbə çağırışı edib.
 
İran XİN-dən bildirilib ki, Səudiyyə Ərəbistanına edilən hücumların arxasında İranın dayanmasına dair ABŞ tərəfinin bəyanatları tamamilə yalandır.
 
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bu arada İrana hərbi təcavüz olacağı təqdirdə ABŞ hərbi bazalarına zərbə endirməklə hədələyib.
 
İİKK-nin Kosmik Qüvvələr komandiri Əmir Əli Hacızadənin sözlərinə görə, ABŞ-ın hərbi təcavüzü vəziyyətində İran öz raketlərinin zərbə endirə biləcəyi bölgədə yerləşən Amerika hərbi bazalarına və hərbi gəmilərinə zərbələr endirəcək. Onun sözlərinə görə, İran hərbçilərinin hədəfi altında ABŞ-ın iki bazası və Yaxın Şərqdə bir Amerika gəmisi var.
 
Ömər Dağlı

Загрузка...
Загрузка...