İran serialında Səttar Xana qarşı təhqir - Rejissor hiddətləndi

Baxış sayı: 
129
0  
0  

Səttar Xanın həyat yoldaşının “Şahnamə” oxuması izləyicinin şüuruna açıq şəkildə hörmətsizlikdir.
 
Kult.az xəbər verir ki, bu sözləri təbrizli rejissor Qurbanəli Tahirfər İranın 1-ci telekanalında yayımlanan “Səttar Xan” teleserialı haqqında danışarkən deyib.
 
“Bunun təsvir edilməsi izləyicinin şüuruna qarşı təhqirdir. Məntiqə uyğun olaraq, Səttar Xanın həyat yoldaşı uşaqlarına evində bayatı, Nəbati və Füzulinin şeirlərini oxumalıdır”, - rejissor bildirib.
 
Qeyd edək ki, İranın 1-ci telekanalında yayımlanmaqda olan “Səttar Xan” teleserialı Azərbaycanın tarixi şəxsiyyəti Səttar Xan haqqında olsa da, sujet xətti güneyli soydaşlarımız tərəfindən birmənalı qarşılanmayıb.

Загрузка...
Загрузка...