İran Quru Qoşunları və PUA-larını Azərbaycanla Ermənistan sərhədlərinə göndərdi

Baxış sayı: 
186
1  
0  

İran ordusunun Quru Qoşunları Azərbaycan və Ermənistanla sərhəd bölgələrində hərbi təlimlər keçirib.

Publika.az xəbər verir ki, təlimlərdə piyada, topçu alayları və pilotsuz uçuş aparatları iştirak edib.

“Parstoday.com”un məlumatına görə, İran ordusunun birgünlük təlimləri milli güc və döyüş hazırlığını nümayiş etdirmək, habelə ölkənin şimal-qərbində əməliyyat hərəkətliliyini artırmaq məqsədi daşıyıb.

İran Silahlı Qüvvələri bu təlimin Qarabağ münaqişəsi bölgəsindəki artan gərginlik və qarşıdurmalarla əlaqəli olub olmadığını bildirmir.

Загрузка...
Загрузка...