İran parlamentinin sədrindən Baydenə: Təzminat ödəyin və...

Baxış sayı: 
140
1  
0  

İran parlamentinin sədri Məhəmməd Kalibaf ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Co Bayden hökumətinin İranla qarşılıqlı əlaqədə olmaq üçün Trampın Tehrana qarşı “maksimum təzyiq” siyasətinin vurduğu ziyanı ödəməli olduğunu söyləyib.

Publika.az-ın məlumatına görə, bu barədə Kalibaf İran parlamentinin bugünkü iclasında çıxış edərkən deyib.

Ölkənin nüvə anlaşmasından irəli gələn bütün öhdəliklərini tam şəkildə yerinə yetirdiyini vurğulayan parlament sədri, ABŞ hökumətinin nüvə razılaşmasının öhdəliklərini yerinə yetirməsini və tətbiq olunan sanksiyaların aradan qaldırmasının lazım olduğunu qeyd edib.

“Co Bayden əvvəlki hökumətin İranla imzaladığı müqaviləyə həqiqətən inanırsa, yerinə yetirilməmiş öhdəlikləri heç bir şərt qoymadan həyata keçirməli və İran lideri tərəfindən irəli sürülən prinsiplərə uyğun olaraq nüvə müqaviləsinə üzv dövlətlər çərçivəsində İranla qarşılıqlı əlaqədə olmalı və xalqımızın son illərdə üzləşdikləri ziyanı ödəməlidir”, - M.Kalibaf deyib.

Qeyd edək ki, Bayden seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın köməkçisi olduğu dövrdə İranla imzalanan nüvə anlaşmasına dönəcəyini elan etmişdi.

Загрузка...
Загрузка...