​İran orbitə yeni peykini qaldırır - ABŞ etiraz edir

Baxış sayı: 
114
1  
0  

 
Müharibə situasiyasında olan ABŞ və İran arasında münasibətləri gərginləşdirəcək daha bir olay yaşanır.
 
Teleqraf.com xəbər verir ki, İran bu gün kosmosa peyk göndərəcəyini rəsmi şəkildə açıqlayıb.
 
İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cehremi bildirib ki, qələbə peyki bu gün orbitə göndəriləcək. Onun sözlərinə görə, Simnandan buraxılacaq peyk 7400 kilometrə qalxacaq.
 
ABŞ isə bu açıqlamaya təpki göstərib. ABŞ-da hesab edirlər ki, İranın peyk göndərmə planı əslində ballistik raket sınağını gizlətmək məqsədi daşıyır.

Загрузка...
Загрузка...