İran nefti üçün yeni alıcılar tapdı

Baxış sayı: 
68
2  
0  

İranın birinci vitse-prezidenti İshaq Cahangiri bəyan edib ki, ölkəsi nefti üçün yeni alıcılar tapıb.

Turaninfo.org-un ISNA-ya istinadla verdiyi xəbərə görə, Cahangiri əvvəllər İslam Respublikasından neft almayan dövlətlərin hazırda “qara qızıl”ın alınması üçün yollar aradıqlarını vurğulayıb.

“Bəzi ölkələr İran neftindən imtina etsələr də, biz yeni tərəfdaşlar tapdıq”, - İran rəsmisi bəyan edib. 

O həmçinin qeyd edib ki, İran hazırki tərəfdaşları ilə də danışıqlar aparıb.

Загрузка...
Загрузка...