İran həyəcan təbili çalır

Baxış sayı: 
62
1  
0  

Tehranda mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri ilə bir araya gələn İran prezidentinin birinci müavini Cahangiri, İranın mövcud vəziyyəti ilə bağlı çıxış edib.
 
Bəzi təbəqələrin israrla ölkədəki problemləri yalnız iqtisadi amillərə bağladığına diqqəti çəkən Cahangiri, bunun doğru olmadığını, İranın "mürəkkəb, çox ölçülü və təhlükəli" şərtlər içində olduğunu qeyd edib.
Cahangiri, içəridə və kənarda dövlətə və millətə qarşı problem çıxarmaq üçün böyük səy olduğunu qeyd edərək, "Suriya, İŞİD, Yəmən, Səudiyyə Ərəbistanı kimi regional hadisələrin ölkəni bu vəziyyətə gətirdiyini söyləyə bilmərik" deyib.
İranın zəifliklərindən birinin də siyasi cərəyanların və şəxsiyyətlərin bir-birindən çox uzaqlaşması olduğuna işarə edən Cahangiri, xalqın siyasi şərtlərin daha uyğun hala gəlməsini istədiyini bildirib.

Загрузка...
Загрузка...