"İran çalışdı ki, vasitəçi kimi tərəfləri barışdırsın, amma Rusiya buna imkan vermədi"

Baxış sayı: 
316
1  
0  

Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra, İslam Əməkdaşlıq Təşkilatının üzvü oldu. Azərbaycan təşkilata daxil olan zaman Ermənistan İranın təşəbbüsü ilə təcavüzkar dövlət elan edildi".

Bu sözləri politoloq Zərdüşt Əlizadə İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin "Azərbaycanın ərazilərinin hamısı azad edilməlidir” fikrinə münasibət bildirikən deyib:

"İran münaqişənin ilk illərində Azərbaycana hərbi, maliyyə, siyasi, mənəvi - hər cür yardım göstərdi. Azərbaycanın o zamankı millətçi rəhbərliyi İrana qarşı düşmən münasibət bəsləməyə başladı. Ona görə İran Ermənistanla normal münasibət qurdu. Münaqişənin ilk illərində İran çalışdı ki, vasitəçi kimi tərəfləri barışdırsın, amma Rusiya buna imkan vermədi".

Z.Əlizadə qeyd edib ki, İran vaxtilə Heydər Əliyevin hakimiyyətə gəlməsinə müsbət yanaşıb:

"Yəni İranın Azərbaycana münasibəti hər zaman müsbət idi. Sadəcə, Azərbaycan tərəfindən İrana biganəlik sərgilənib. Azərbaycan rəhbərliyi daha çox Qərbə baxmağa üstün tutub nəinki İrana. Bu səbəbdən İran Qarabağ məsələsində bir qədər seyirçi mövqe tuturdu. Amma hazırda Azərbaycana dəstək olduğunu açıq şəkildə elan edib".Modern.az

 
Загрузка...
Загрузка...