​“İRAN BUMERANQI”: Trampın etirazlara dəstəyi özünə qarşı çevrilə bilər – TƏHLİL

Baxış sayı: 
138
0  
0  

 
Bu yaxınlarda İranda başlayan nümayişlər fonunda ABŞ açıq-aşkar etirazçıları dəstəklədiyini bildirib. Avropa Birliyi (AB) isə baş verənlərdən kənar qalmağa və neytrallığını qorumağa çalışıb. Fransa prezidenti Emmannuel Makron (Emmanuel Macron) hətta ABŞ-ı tərəflərdən birini dəstəklədiyi üçün tənqid edib. ABŞ-ın sərgilədiyi mövqe tərəfdalarına bəxş etdiyi mənəvi zövqə baxmayaraq, AB-nin mövqeyi daha məntiqli görünür.
 
İranda əvvəlcə iqtisadi, sonra rejimə qarşı etirazlar dalğasının sürətlə vüsət aldğı bir vaxtda ABŞ administrasiyası hər tərəfdən hücuma keçib. Prezident Donald Tramp Tvitterdə etirazçıları qeyd-şərtsiz dəstəklədiyini bildirib və söz verib ki, “yaxın günlərdə” ABŞ onlara kömək edəcək – bu, demək olar planlaşdırılan müdaxilə haqqında bəyanatdır. Dövlət Departamenti iki bəyanatla çıxış edib. Departament bəyanatlarında etirazçılara dəstəyini dilə gətirib və İran hökumətinin atdığı addımları pisləyib. Vitse-prezident Maykl Pens (Mike Pence) “Washington Post” qəzetində dərc etdiyi məqalədə bildirib ki, Obama administrasiyasından fərqli olaraq “bu dəfə biz susan deyilik”.
 
Pens vurğulayıb ki, məhz Obamının müdaxilə etməməsi 2009-cu il Yaşıl inqilabın yatırılmasında İran rejiminin uğuruna səbəb olub və hazırkı administrasiyanın ritorikasını Ronald Reyqanın (Ronald Reagan) Sovet İttifaqının ünvanına səsləndirdiyi sərt tənqidlə müqayisə edib.
 
ABŞ Rusiyanı Amerika siyasətinə müdaxilədə ittiham etməkdə davam edir. Bunun fərqi yoxdur. Amerika demokratiyadır, İran isə repressiv, korrupsiyaya uğramış rejimdir. İstənilən halda ikili standartlar geosiyasətdə kifayət qədər geniş yayılmış haldır və onlar konkret halları qismən doğruldur. ABŞ-ın reaksiyasını praktik baxımdan nəzərdən keçirmək, onu AB-nin mövqeyi ilə müqayisə etmək daha yaxşı olardı.
 
Avropalı diplomatlar İran hökuməti ilə “şəffaflıq və hörmət” prinsipi əsasında əlaqə saxlayır, onu mövqeyini ifadə edərkən vətəndaşlarının hüququna hörmət etməyə çağırır. Makron ABŞ və Səudiyyə Ərəbistanını “İranın ünvanına səslənən və müharibəyə səbəb ola biləcək ritorikada” ehtiyatlı olmağa, həmçinin İranla dialoqu davam etdirməyə çağırıb. AB-nin sırf öz maraqlarına xidmət etməsi (Fransa və başqa ölkələr artıq uzun müddətdir İranda iqtisadi imkanları hesablayır) ilə bağlı nəticəyə gəlmək və ya belə bir mövqenin etiraz hərəkatına ziyan vurduğunu söyləmək çox asandır. Ancaq AB-nin yanaşması kifayət qədər məntiqli görünür.
 
İrandan daxil olan xəbərlər və kəşfiyyat məlumatları yarımçıqdır. Lakin artıq indidən aydındır ki, mərkəzləşdirilməmiş bu etirazlar dağınıq xarakter daşıyır. İştirakçılardan bəziləri sırf iqtisadi tələblər irəli sürür. Onlar Qərb, Rusiya və Çin ilə İranın nüvə proqramı haqqında saziş imzalandıqdan sonra iqtisadi inkişafa nail olmaq və korrupsiyanı aradan qaldırmaqla bağlı söz verən prezident Həsən Ruhaninin fəaliyyətindən narazıdırlar. Bir başqaları klerikal rejimdən və əyatullah Əli Xameneinin hökmranlığından təngə gəlib.
 
Heç bir vahid cəbhədən söhbət belə getmir. Çünki narazı İran vətəndaşları öz aralarında razılığa gələ bilmirlər. İstəklərinə aydınlıq gətirmədən bütün etirazçıları dəstəkləmək pis nəticələrə səbəb ola bilər. ABŞ 2011-ci il Suriya prezidenti Bəşər əl-Əsədə qarşı üsyanı dəstəkləyirdi. Bu da vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Daha sonra Birləşmiş Ştatlar hansı qruplaşmaların dəstəyə layiq olduğunu, hansıların terror təşkilatları ilə əlaqəli olduğunu  aydınlaşdırmalı olmuşdu. Eyni səhv uzun müddət Liviya, İraq və Əfqanıstanda da sabitliyin pozulmasına səbəb olub. Nəticədə bu ölkələrdəki rejimlər devrilib.
 
Hazırda İranda inqilabın uğurlu olması çox çətindir. ABŞ güclü üsyanı dəstəkləmək qərarının nəticələri barədə ciddi düşünməlidir. Dövlət katibi Hillari Klinton (Hillary Clinton) 2011-ci il Rusiyada parlament seçkilərdində saxtakarlığa qarşı etiraz iştirakçılarını açıq-aşkar dəstəkləmiş, bunun əvəzində Vladimir Putinin simasında qatı düşmən qazanmışdı. İndi Rusiya lideri Klintonun dəstəyini ABŞ-ın Rusiyanın daxili işlərinə müdaxiləsinə nümunə kimi göstərir. Bu da Rusiyada Putinin mövqeyini möhkəmlədib və 2016-cı ildə ABŞ-da təbliğat və dezinformasiya kampaniyasına başlamaq üçün ona təkan verib.
 
Əlbəttə, İran liderləri Tramp administrasiyasının onlara qarşı düşmən mövqeyi ilə bağlı xəyala qapılmayıb. Hətta ABŞ açıq şəkildə etirazçıları dəstəklədiyini söyləyənə qədər bu, belə olub. Amma indi İran rejiminin əlində “gülünc” müdaxilə adlandırdıqları sübut var. Və onlar bundan xüsusilə son bir neçə gün ərzində rejimin lehinə nümayişlərin keçirilməsinə çağırışların səsləndirildiyi bir vaxtda ölkə daxilində dəstək qazanmaq üçün istifadə edəcəklər. İstənilən halda xarici düşmənlər ittiham edilirdi. Əgər belə bir təbliğatın əlində faktiki sübut varsa, bu, sadə insanların qəlbində nifrəti daha da dərinləşdirməyə kömək edəcək və həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə repressiv rejimin devrilməsini çətinləşdirəcək.
 
Nə dediyimi bilirəm. Ölkəmdə kommunist rejiminin qürub etdiyi bir vaxtda anti-sovet etirazlarında, həmçinin Klintonun yöndəmsizcəsinə dəstəklədiyi 2011-ci il nümayişlərində iştirak etmişəm. Habelə 2014-cü il Ukraynada Ləyaqət İnqilabının şahidi olmuşam.
 
Bu üç haldan ikisində etirazçılar istəklərinə nail ola biliblər və onlara xaricdən heç bir kömək lazım olmayıb. İnsanlar həqiqətən son həddə çatanda bütün qəzəbləri ilə qiyama qalxırlar, onları vahid məqsəd birləşdirir və onlar möcüzəvi bir şəkildə öz istədiklərini əldə edə bilirlər. Zeppelin buzu və tualet kağızının çatışmazlığı sovet rejiminin süqutunda Reyqanın (Ronadl Reagan) bütün nitqlərindən daha əhəmiyyətli amil olub. ABŞ-ın dəstəyi deyil, məhz Ukraynanın düz sərhədlərində, yaxınlığında yerləşən AB-nin rahat cəlbediciliyi ölkənin tarixi seçimini müəyyənləşdirib.
 
2011-ci il Moskvada etirazların müvəffəqiyyətsizliyə məruz qaldığı halda biz rejimi devirmək üçün kifayət qədər güclü və qərarlı davranmadıq. Ancaq Dmitri Medvedyevin prezident olduğu dövrdə hökumət təzyiq altında kompromisə gedə bilərdi. Bunun əvəzinə Klintonun yöndəmsiz müdaxiləsi Putini özünü mümkün dövlət çevrilişindən maksimum qorumağa səbəb oldu. Bu, ən azından mühacirət etməyən bütöv bir nəsil üçün əldən çıxmış imkanlarla yadda qaldı.
 
Etirazlar mərhələsində heç bir xarici dəstəyə ehtiyac yoxdur. İnqilab uğurla başa çatdıqdan sonra isə güclü, yaxşı planlaşdırılmış yardıma ehtiyac var. Belə olduğu halda Qərb dəyərləri həqiqətən fayda gətirəcək, onların opponentlərinə isə təbliğat vasitəsilə xal qazanmaq daha çətin olacaq. Bundan başqa, Qərb analitiklərinə etiraz hərəkatının müxtəlif və qismən gücsüz liderlərindən baş açmaq yerinə post-inqilab hökumətinin fəaliyyət qabiliyyətini başa düşmək daha asandır.
 
Hələlik Qərbin edə biləcəyi ən yaxşı iş Tehranı legitim etiraz aksiyalarını yatırtmaq üçün güc tətbiq etməkdən yayındırmaqdır. Ölkə xaricində ola-ola etiraz hərəkatının uğurunu təmin etmək qeyri-mümkündür. Hətta İran əhalisi rejiminin devrilməsi üçün kifayət qədər qəzəb və qətiyyət nümayiş etdirsə belə, ABŞ səbirli olmalı və yalnız İran vətəndaşları gələcək planları ilə bağlı müstəqil qərar verdikdən sonra öz kömək əlini uzatmalıdır. Sadiq dostlar məhz belə qazanılır.
 
(Xpressa)

Загрузка...
Загрузка...