İran Bozqurd işarəsinə qarşı çıxdı - Dərsliyə salındı

Baxış sayı: 
291
2  
0  

İranda dərsliyə Bozqurd işarəsini radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətn salınıb.

Turaninfo.org  xəbər verir ki, Güney Azərbaycanda türk kimliyini göstərən simvola qarşı mətn orta məktəbin ikinci siniflərinə aid “İctimai kimlik” dərsliyinin 53 və 54-cü səhifəsində dərc olunub. Təhsil Nazirliyi tərəfindən hazırlanan dərslikdə qeyd olunub ki, “bozqurd Türkiyədə ifrat millətçiliyin simvoludur. Bu ideyalar islama uyğun deyil”.

Kitabda həmçinin Osmanlı imperiyası irqçilikdə ittiham olunub. Bildirilib ki, “irq və qövm məsələlərinə təkid edib və tarixi islam kimliyini unutmaq Osmanlı imperiyasının çöküşünə zəmin yaradıb”.

Türk kimliyini hədəfə alan dərslikdə İran kimliyi vəsf edilib. “İran qövmləri bu torpaq və suya bağlıdır. Onlar öz izzətini azad və başıuca İranda görür. Birlikdə olan İran millətinin öz amalı var. İran qövmlərinin hər biri milli və islami amalların inkişafı uğrunda addım atmalıdır. Böyük və başıuca ölkəmizdə fərqli qövmlərin olması bir fürsətdir”, – deyə dərslikdə qeyd olunub.

Qeyd edək ki, bozqurd işarəsi İranda türklərin müstəqil kimliklərini göstərmək üçün istifadə olunan simvollardan biridir.

Загрузка...
Загрузка...