İran ABŞ və Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi: “DUA EDİN Kİ, İSTƏDİYİNİZ OLMASIN”

Baxış sayı: 
34
1  
0  

Hurriyyet.org xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun Səudiyyə Ərəbistanının milli neft şirkətinin müəssisələrinə edilən hücumları ilə bağlı İranı ittiham eləməyə davam edərək, hücumu müharibə səbəb saymasına cavab verib.
 
Zərif cavabını “Tvitter” hesabında paylaşıb.
 
Zərif Pompeonun İrana qarşı müharibə təhrikçisi olduğunu bildirərək yazıb: “B komandasının qalıqları və acgöz müttəfiqləri Donald Trampı müharibəyə cəlb eləmək üçün aldatmağa çalışırlar. Öz xeyirləri üçün axtardıqlarını əldə etməmələri üçün dua eləməlidirlər. Onlar hələ çox təkəbbürlü olduqları üçün 4 il əvvəl axırına çıxa bilmədikləri ölkədən (İrandan) çox kiçik olan Yəmənlə müharibənin bahasını ödəyirlər”.
 
Zərif digər mesajında isə ABŞ xarici işlər naziri Pompeonun bu ilin aprel ayında Texas A&M Universitetindəki çıxışı zamanı “Mən MKİ direktoru idim. Yalan danışdıq, aldatdıq və oğurladıq” sözlərini dediyi videonu paylaşaraq yazıb: “Açığı, köhnə vədrişləri asanlıqla tərgitmək olmur. Yalanlar və aldatma ilə tökülən qanları və xalqın xəzinəsindən xərclədiyi sərvəti vecinə almayan müştərilərə (Səudiyyə Ərəbistanı) yaltaqlıq son günlərdə zirvə həddinə çatıb”.
 
Zərif “B komandası” adı altında ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu, İsrailin baş naziri Binyamin Netanyahunu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedi nəzərdə tutur və onları İrana qarşı müharibəyə təhrik eləməkdə ittiham edir.
 
Hurriyyet.org

Загрузка...
Загрузка...