İqbal Ağazadə əmisi oğlunun ölümündən danışdı

Baxış sayı: 
67
1  
0  

 
Bakıda itkin düşmüş kişinin meyiti tapılıb.
 
Turaninfo.org Report-a istinadən xəbər verir ki, Xətai rayonunda iyunun 11-dən itkin düşən 49 yaşlı Abbasov Loğman Xudam oğlunun meyiti bir gün sonra həmin rayonun Sadıqcan küçəsində tapılıb.
 
Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.
 
Mərhumun əmisi oğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə Unikal.org-a açıqlamasında bildirib ki, Loğmanın meyiti iş yerinin yaxınlığında tapılıb. Onun sözlərinə görə, əmisi oğlu uzun müddətdir tikinti sektorunda sahibkar kimi çalışıb:
 
"Loğman Abbasov iş yerinin yaxınlığında ürək çatışmazlığından dünyasını dəyişib. Ölümündə hər hansı kriminal iz yoxdur".

Загрузка...
Загрузка...