​İntim şəkilləri yayılan aktrisa danışdı

Baxış sayı: 
65
1  
0  

“Çətin günlər yaşadım, amma indi hadisələrə başqa yerdən baxıram. Tanımadığım onlarla insan çox böyük dəstək oldu və bu, mənə güc verdi. Bu vəziyyət məni yenidən dünyanın yaxşılığına inandırdı. Adətən sosial şəbəkələrdə insanlar sərhədsiz tənqid, təhqir və mühakimə edirlər”.
 
Publika.az xəbər verir ki, bu sözləri tualetdə intim fotoları yayılan tanınmış aktrisa Aslı Bekiroğlu dünən siması olduğu kosmetika markasının tədbirində deyib. 2 həftə əvvəl özəl şəkillərinin oğurlanaraq sosial şəbəkədə yayılmasından danışan ulduz bildirib ki, ona qarşı edilən bu hərəkət cinayətdir:
 
“Məni dəstəkləyən insanlar var. Odur ki, xeyirxahlığımı itirməməyə çalışdım. Bu gündən etibarən belə hadisələrin heç kəsin başına gəlməməsi üçün əlimizdən gələni etməyə çalışacaq və bir-birimizə dəstək olacağıq”.
 
Xatırladaq ki, məşhurun bu yaxınlarda sevgilisi ilə ayaqyolunda intim fotoları yayılmışdı.

Загрузка...
Загрузка...