​İntihar edən gənc şairin ölüm səbəbi bilindi… - Özəl

Baxış sayı: 
216
0  
0  

 
Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib.
 
Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: “Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.
 
Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.
 
Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.
 
***
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli universitetin tələbəsi olmuş Məlik Cahangirovun intiharı ilə bağlı Publika.az-a açıqlama verib.
 
O bildirib ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu vaxta qədər universitetlə əlaqəsi olmayıb:
 
“Dünən müxtəlif internet media resurslarında özünü dənizə ataraq intihar etmiş 23 yaşlı Məlik Nizaməddin oğlu Cahangirovla bağlı məlumat yayılıb. Həmin məlumatda Məlik Cahangirovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi olduğu qeyd edilir.
 
Bununla əlaqədar bildiririk ki, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib. 2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub. 2 fəndən akademik borcu olduğuna görə 22 dekabr 2017-ci il tarixli 2/223 saylı əmrlə ADPU-dan xaric edilib. Qeyd etməyi məqsədəuyğun sayırıq ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb. Biz bu faciəli hadisədən dərin kədər hissi keçirdiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik! Allah rəhmət etsin!”
 

Загрузка...
Загрузка...