İnterpol deputat oğlunun dələduz dostunu tutdu – GƏLİŞMƏ+FOTOFAKTLAR

 
Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adı zərərçəkən kimi keçən iş üzrə maraqlı faktlar üzə çıxıb. Məsələnin mahiyyəti budur ki, rəsmi ittihama görə Həbib Axundov da daxil bir qrup şəxsə qarşı Elnur Rauf oğlu İbrahimov külli miqdarda dələduzluq edib.
 
Dələduzluq belə olub ki, Elnur İbrahimov zərəçəkənlərdən biznes qurmaq adı ilə külli miqdarda pul alıb. Deyib ki, həmin pulları ofis ləvazimatlarının ölkəyə gətirilməsi və satışı məqsədilə alır. Həbib Axundov məbləğləri alınarkən anası
 
Elmira Axundova tərəfindən göstəriləcək dəstək nəticəsində bütün dövlət qurumlarına, özəl şirkətlərə və ədliyyə-məhkəmə sisteminə tenderlərlə əldə edəcəyi layihələrdən istifadə etməklə çoxlu qazanc əldə edəcəklərini deyib. Sonradan isə pullar dələduzluqla sxemi üzrə ələ keçirilib.
 
Məsələ araşdırılarkən zərərçəkən şəxslər arasında narazılıq yaranıb. Zərərçəkənlərin tam əksəriyyəti bir tərəfdə, Həbib Axundov isə başqa bir tərəfdə qalıb. Elnur İbrahimov Həbib Axundovun dostu olub. Onun barəsində zərərçəkənlər hüquq mühafizə orqanlarına müraciət edərək dələduzluq əməlinə görə cəzalandırılmasını tələb ediblər. Araşdırma aparılıb və E.İbrahimovun istintaqa cəlb olunmasına qərar verilib. Həmin vaxt məlum olub ki, E.İbrahimov Azərbaycanda qaçıb. Buna görə də barəsində İnterpol xətti ilə axtarış elan olunub. Beynəlxalq Polis Təşkilatının əməkdaşları Elnur İbrahimovu 2016-cı il noyabrın 22-də Rusiya paytaxtı Moskavda həbs ediblər. Bunu eşidən zərərçəkənlər sevincək olublar. Düşünüblər ki, onlara qarşı dələduzluq etmiş Elnur İbrahimov tezliklə Azərbaycana ekstradisiya olunacaq. Həbib Axundovun məsələyə münasibəti bəlli olmasa da, digər zərərçəkənlərin sevinci ötən aylar ərzində ortadan qalxıb. Səbəb isə budur ki, deputat oğlunun şəriki və yaxın ailə dostu olan Elnur İbrahimov 2016-cı il noyabrın 22-dən bu günə qədər Azərbaycana ekstradisiya olunmur. Maraqlıdır ki, deputat Elmira Axundova da oğlunun zərərçəkən kimi tanındığı iş üzrə həbs edilən təqsirləndirilən şəxsin ölkəyə gətirilməsi üçün hər hansı bir addım atmır.
 
 
Zərəçəkənlər deyirlər ki, E.İbrahimovun İnterpol xətti ilə axtarışa verilməsi üçün 2 il bütün aidiyyatı dövlət qurumlarının qapılarını döyüb, saatlarla hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin qəbuluna düşmək üçün qapılarda gözləyiblər.
 
"Elnuru görünməyən gizli qüvvələrin himayə etməsinə baxmayaraq sonda onun həbsinə nail olduq. Təsəvvür edirsiniz, birinə 3-5 min pul "atan”ı dərhal həbs edirlər, ya pulu ödəyir, ya da həbs olunur. Biz isə onlarla adama qarşı milyonlarla manat dələduzluq edən bu şəxsi həbs etdirmək üçün illərlə polis, prokurorluq orqanlarında döymədiyimiz qapı qalmayıb. Atası Bakı Metrpolitenində elektrik, anası isə orta məktəb müəlliməsi işləyən  birinin bu qədər şəxslərə qarşı külli miqdarda pul "ataraq” əlini qolunu sallayaraq gəzməsi bu işdə güclü qüvvələrin maraqlı olmasından xəbər verir. Bəli, Elnur İbrahimov həbs olundu, lakin artıq 1 ilə yaxındır ki, Azərbaycana ekstradisiya olunmur” – deyə zərəçəkənlər bildiriblər.
 
Onların sözlərinə görə 2013-cü ildə pullarımızı mənimsəyəndən sonra Elnura dedik ki, bu işi kimlə etdiyini bizə denən və biz də sənə yardım edərik və sənə "krişalıq” edən şəxslərin həbsinə nail olacağıq. Onsuz da onlar səni istifadə ediblər və sənin həyatın risk altındadır, izi itirmək üçün hər addımı  ata bilərlər. Elnur isə cavabında belə dedi: "Siz narahat olmayın, mən uşaq deyiləm, həyatımı sığortalamışam, mənə heç nə edə bilməzlər”.
 
Zərərçəkənlər E.İbrahimovun arxasında dayanan qüvvələrin kimliyi haqda dəfələrlə müvafiq orqanlara xəbər verdiklərini də söyləyiblər: "Elnur İbrahimov demək olar ki, bütün hadisələri, hətta az qala bütün həyatını lentə alıb. Onun işlətdiyi obyektlərin, hətta evinin qarşısında, balkonunun altında belə gizli kameralar var idi. Biz bunu sonradan bildik. Bir dəfə pullarımızı tələb etmək üçün Elnurun evinə getdik. Ona görə ki, Elnur bizim zənglərə cavab vermirdi. Bloklarının ağzına catanda o bizə zəng edərək bildirdi ki, evdəkiləri narahat etməyin gəlin görüşək. Bizim dayandığımız yeri, kimlər olduğumuzu  adbaad dedi və hazırda mobil telefonla bizi izlədiyini bildirdi. Belə bir şəxsin əlində dövlət postunda oturan və onu himayə edənlərə qarşı kompromatların olmamasını düşünmək sadəlövlük olardı. Məhz Elnurun Azərbaycana gətirilərək həbs olunacağı təqdirdə bütün kartları açacağı istisna deyil”.
 
 
Zərərçəkənlər bildirir ki, illərdir Elnur İbrahimovun həbs olunaraq Azərbaycana gətirilməsi üçün əllərindən gələni ediblər: "Nədənsə özünün də dələduzluğa məruz qaldığını iddia edən və Bakı Baş Polis İdarəsində zərərçəkən şəxs qismində tanınan deputat Elmira Axundovanın oğlu Həbib Axundov bu istiqamətdə heç bir iş görmür, əksinə anası ilə birlikdə bizləri məhkəmələrə verərək yüksək məbləğlərlə cərimə etdirməyə çalışır”.
 
İnterpol deputat oğlunun dələduz dostunu tutdu – GƏLİŞMƏ+FOTOFAKTLARZərərçəkənlər deyirlər ki, 10 aydır Azərbaycanın hüquq mühafizə orqanları Elnur İbrahimovu ölkəyə ekstradisiya olunmasını təmin etmirlər. Hər dəfə onların müraciətlərinə hüquq mühafizə orqanlarından müxtəlif səpkili, mahiyyətdən uzaq cavablar verilir. Zərərçəkənlər E.İbrahimovla bağlı Ginnesin rekordlar kitabına da müraciət etmək fikrindədirlər. Onu "ekstradisiyası 10 ayı aşmış təqsirləndirilən şəxs" nominasiyası üzrə qalib elan olunmasına çalışacaqlar.

Загрузка...
Загрузка...