İnstaqramdan milyonlar qazanan, bütün dünyada məşhurlaşan, şərqin ən varlı İRAQLI GÖZƏLİ - FOTO

Baxış sayı: 
40
1  
0  

 35 yaşlı Huda Kattan cəmi bir neçə ay ərzində Yaxın Şərqin ən populyar blogeri olub. O, bir neçə il ərzində instaqramda abunəçi sayının artırması hesabına təxminən 550 milyon dollarlıq sərvət qazanıb. Hazırda onun adı dünyanın bir çox varlı qadınları ilə eyni sırada çəkilir və 35 milyondan çox abunəçisi var. Foto-platforması ilə yanaşı itigözlü və gursaçlı gözəl şəxsi brendinin yaradıcısıdır. Kattan BƏƏ-də “Huda Beauty” adlı brendini yaradaraq dünyanın ən nüfuzlu gözəllik markalarını kölgədə qoyub. Bəs bütün bunları Kattan necə əldə edib? Yutub kanalı və əlbəttə ki, sarsılmaz iradəsi hesabına.

Publika.az oxucuları blogerin uğur hekayəsi ilə tanış edib.

Hudanın valideynləri iraqlıdır, qız özü 1983-cü ildə, Amerikanın Tennessi ştatında dünyaya gəlib və Miçiqan-Dearborn Universitetində maliyyə üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra Kattan uzun müddət ixtisası üzrə çalışıb, lakin o, həmişə makiyaj artisti olmaq arzusunda idi. Darıxdırıcı işdən ayrılmağı qərara alan cəsarətli qız Dubaya köçür və burada böyük uğurlar qazanır. Hudanın bacarıqlı əlləri ərəb qızları arasında qısa müddət ərzində populyalaşır, çox keçmir ki, o, BƏƏ-də ən çox tələb olunan makiyaj artistlərdindən birinə çevrilir. Onun müştəriləri arasında Dubay şeyxlərinin və əmirlərinin xanımları və qızları da var idi. Lakin Kattan vizajist işi ilə kifayətlənməyərək iki bacısı ilə birlikdə şəxsi kosmetika marakasını yaratmaq yolunda addımlayır.

Kattan hələ uşaq ikən kosmetika ilə maraqlanır, saatlarla güzgü qarşısında dayanaraq makiyaj edir və obraz almaya qədər onu öz həm simasında, həm bacılarında, həm də rəfiqələrində sınaqdan keçirirdi. Amma vətəndə birdən-birə super ulduza çevrilmək uzun və mürəkkəb proses idi. Çünki Amerika ədəbazları həmin dövrdə sitayiş obyekti kimi özünə Kardaşyan bacılarını seçmişdi. Bazarı öz yerini möhkəmlətmiş nüfuzlu brendlər tutmuşdu. Onlara makiyaj üzrə daha bir bloger lazm deyildi, Amerikada qızlar onun əl işlərini bayağı, obrazlarını isə çox parlaq hesab edirdilər. Odur ki, qız üçün Amerikada kosmetika bazarına daxil olmaq asan deyildi. Hər halda Huda Miçiqan Universitetinin maliyyə şöbəsində aldığı təhsil əbəs yerə getməmişdi. "Gözəllik bazarında" tələb və təklifi araşdıran Huda qənaətə gəlir ki, parlaq makiyaj dərsləri ərəb ölkələrinin sakinləri üçün daha aktualdır. Onda Kattan Dubaya köçməyi qərara alır və uduzmur.

Yeni bir həyata başlamaq üçün seçilmiş yer təsadüfi deyildi. Dubay Ərəb koloritinin qəribə qarşığı, göstəriş və dəbdəbənin inanılmaz bir vəhdətidir. Dünyanın ən yüksək göydələnləri, ən lüks yelkənli hotelləri, ən böyük akvariumları və s. Dubayda yerləşir. Bu şəhərdə sanki hamı göstəriş və bir-birinə acıq vermək üçün yaşayır.

Üzünə həddən artıq ağır makiyaj etmiş və ətirlənmiş qadının ərzaq dükanına kartof-soğan almağa yollandığını təsəvvür edə bilirsiniz? Edə bilmirsiniz? Halbuki Dubayda qəbul edilib ki, özünə hömət edən bir qadın küçəyə makiyajsız çıxa bilməz. Hətta kartof almağa gedirsə belə... İnandırıcı səslənməsə də, Dubaydan söhbət getdiyini unutmayın.

Dubayda hicab və başörtüsünün ləğv olunmadığı sirr deyil. Bu da o deməkdir ki, qadınları özünü təsdiq etmək üçün amerikalı və avropalı modapərəstləri kimi tam azad deyillər. İnternet-blogerlərin Yaxın Şərqdə çox böyük populyarlıq qazanmasının əsas səbəbi də budur. Onlayn məkanda qızlar yarada, yutub kanalı aça, öz hisslərini ifadə edə, öz qəlbinin tərəfdarlarını tapa, hətta bizneslə məşğul ola bilərlər.

Yeri gəlmişkən, “Huda” ərəbcədən tərcümədə müşayiət edən, beauty isə ingiliscədən gözəllik deməkdir. Huda həm yutubda kanal açır, həm də instaqramda öz əhatə dairəsini genişləndirir. Hər iki sosial şəbəkədə Huda makiyaj dərsləri verməyə, izləyiciləri yeni kosmetik məhsullarla tanış etməyə başlayır. Cazibədar şərq gözəlliyi və parlaq makiyaj sevgisi sayəsində Kattan yerli qlamurlar arasında məşhurluq qazanır. Huda hicabdan imtina edərək ictimai yerlərdə cəlbedici geyimlərdə bədən quruluşunu nümayiş etdirməkdən də çəkinmirdi. Bu, ərəb ölkəsində hər iki cinsin nümayəndələrini eyni dərəcədə təəccübləndirir və böyük ajiotaj yaradırdı.

Huda Kattan insanlara təkcə makiyaj qaydaları haqqında məlumat vermir, o, həm də nəhəng alıcı kütləsinin fikirlərinə təsir edən, gözəllik trendlərini müəyyənləşdirən bir infüenserdir. Onun videoları dünyanın 100-dən çox ölkəsində baxılır. Milyonlarla qızlar özünü ona bənzətməyə can atır.

"Huda Beauty" kosmetika şirkəti 2010-cu ildə Dubayda təsis edilib. Şirkət əvvəlcə yalnız kirpik istehsalı ilə məşğul olurdu. Bu məqamda qeyd edək ki, Hudanın parlaq makiyajını uzun kirpiklər tamamlamağı sevir. Daha sonra çeşidlər genişlənir və gözəllik xətti satışa çıxır. Hazırda “Huda beauty” loqosu altında 140-dən artıq məhsul buraxılır. Brendin illik satışdan əldə edilən gəliri 200 milyon dollardan çoxdur. Yeri gəlmişkən, brendin məhsulları yüksək piqmentasiyası və keyfiyyətli tekstruası sayəsində bu gün dünyanın ən məşhur kosmetika mağazalarında ən çox satılanlar arasında liderlik edir. Qısa müddətdə yaranmasına baxmayaraq, marka son illərdə böyük populyarlıq əldə edib.

2017-ci ilin dekabrında TSG İstehlakçı Tərəfdaşları “Huda Beauty” səhmlərinin bir hissəsini alıb. İndi markanın dəyəri 1 milyard dollardan çox qiymətləndirilir. Şübhəsiz ki, qızın maliyyə təhsili markanın inkişafında böyük rol oynayıb.

Bu nailiyyətlərinə görə, “Forbes” jurnalı ötən il Huda Kattanı ilin gözəllik-influseri elan edib. O, “Harpers Bazaar”, “Grazia”, “Emirates Women”, “Hello” kimi jurnalların üz qabığını bəzəyib, Dubayın “Hot 100” və "Əhlian", “Viva” jurnalının "Ən yaxşı makiyaj ustası", “Emirates Women” jurnalının "İlin qadını" və s. mükafatlara layiq görülüb.

Uğurun sirri nədədir? Hər şey sadədir, o, sevdiyi işlə məşğul olur.

"Uşaq olanda başa düşdüm ki, vizajla nə vaxtsa ciddi şəkildə məşğul olmağa başlayacam. Və gözəlliyə mübtəlalıq o qədər güclü olacaq ki, artıq məni heç kim dayandıra bilməyəcək.Yeni başlayanda sahib olduğum tək şey ehtirasım və inadım idi. Fotosessiya və kirpik üçün pulum yox idi, amma nə istədiyimi bilirdim. Selfi çəkdim və qrafik dizaynerdən yardım istədim. Bloqumu yaradanda cəmi 500 dollarım var idi. Çox keyfiyyətsiz video çəkmişdim, imkanım yox idi ki, yeni bir kamera alım. Bloqumu yeniləmək üçün 10000 dollar lazım idi. Mənə heç kim inanmırdı. Bu pulu toplamaq üçün 8 ay çoxlu makiyaj etməli və işləməli oldum. Nəhayət ki, bloqu açdım və fəaliyyətə başlayanda hamilə qaldım. İşimi davam etdirmək çətin idi, çünki övlad sahibi olmağı planlaşdırmamışdım. Sözsüz ki, qızımı sevirəm, amma onda planda yox idi.


Markamı yaradanda bacılarımı və ərimi də əməkdaşlığa dəvət etdim. Ailə dəstəyi olmasaydı, bu yerə gəlib çıxmazdım. İndi qızım üçün çalışıram və çox xoşbəxtəm”, - deyə o, müsahibələrinin birincə etiraf edib. Hər hahalda son 6-7 ildə Hudanın uğurlarını təzələyən olmayıb. Şərq aləminin ən çox izlənilən blogeri bütün rekordları qırır və yerini kiməsə verməyi düşünmür.

Huda Kattan müsahibələrində tez-tez deyir ki, markasını yaratmaqda başlıca məqsədi dünya qadınlarını daha cəlbedici və parlaq görmək arzusudur. O, yaratdığı kosmetika vasitələrilə qadınlara daha böyük güvən verir və onlarla makiyaj təcrübələrini bölüşür. Kattan etiraf edir ki, valideynləri əslən iraqlı olsa da, dinin qaydalarına əməl etmir:

“Mənim öz mənəvi dünyam var, heç bir dinə itaət etmirən. Gözəllik blogerləri Orta Şərqdə böyük təsirə malikdir və bunun səbəbi bölgənin mədəniyyətidir. Burada küçələrdə qadınlar hicab bağlayır. İnternet onlara özlərini kəşf etmək və özləri kimi insanlarla ünsiyyət qurmaq imkanı yaradır. Şərq və qərb gözəlliyini birləşdirməyi sevirəm. Makiyajdan ya çox istifadə edib əsl qlamura çevrilir, ya da təbiiliyə üstünlük verir və üzümə heç nə çəkmirəm”.

Ekspertlər vizajistin sözlərini təsdiq edir: Yaxın Şərq auditoriyası gözəllik sahəsində ən həssas bölgədir. Burada qadınların kosmetika və makiyaja marağı ən üst səviyyədədir. Bütün dünyada təbiilik dəbdə olmasına baxmayaraq, Dubayda qadınlar hətta supermarketə bəzənib-düzənmədən getmir.

Gözəllik imperiyasının yaradıcısı 2019-cu ilin trendləri haqqında bunları deyib:

“Çəhrayı yanaqlar 2019-cu ildə dəbdə olacaq. 2018-ci ildə ənlik çox aktual olmadı, amma bu il qızarmış yanaqlar daha çox rastımıza çıaxaq. Ənliyi çox sevirəm, onu demək olar ki, rus matruşkaları kimi bütün üzümə çəkirəm. Parlaq və sağlam dəri keçənilki kimi, bu il də dəbdə olmağa davam edəcək”.

Bu qadın makiyajı, gözəlliyi və öz işini sevir. O, qadınları gözəlləşdirmək üçün dünyaya gəlib və inanır ki, onların vasitəsilə dünyanı daha yaxşı istiqamətdə dəyişdirmək mümkündür. Kattan öz timsalında göstərə bildi ki, mümkünsüzü həyata keçirmək və stereotipləri sındırmaq olar. Şərq qadınları üzərində olan təsiri nəticəsində o, bütün dünyaya yeni gözəllik trendlərini diktə etməyə başlayıb. Kattan onu da gizlətmir ki, füsunkar gözəlliyini plastik cərrah bıçağına borcludur. Burnunu əməliyyat etidirən Huda hər ay botoks ineksoyaları tətbiq edir. Lakin izləyicilərindən hər hansı təndiq eşitmir, üzü o qədər təbiidir ki, ona baxanda üzərində ən yaxşı cərrahın işlədiyindən əmin ola bilirsən:

“Cərrah və ya kosmetoloqa müraicət etməkdən utanmayın. Mən gözəl olmaq istəyirəm və bu, cinayət deyil. Zehni baxımdan daha ağılla yaşlamaq istəyirəm, amma fiziki baxımdan yox. Estetik əməliyyatlarda pis heç nə görmürəm. Gec qocalmaq istəyirəm, odur ki, ətdən daha az istifadə etməyə və daha sağlam qidalanmağa qərar verdim. Mark Zukerberq sayəsində internet aləmi çox dəyişdi, gözəllik sənayesi də “Huda Beauty” ilə dəyişəcək. Gözəllik dünyasında Opra Uinfri olmaq istəyirəm. Məqsəd və hədəflərimi deyil, gündəlik yazmağı sevirəm. Hər il yeni nələrsə kəşf etmək xoşuma gəlir. Şəxsi inkişaf həqiqətən də mənim üçün vacibdir. 100 faiz bilirəm ki, əvvəlki deyiləm”.

Nə demək olar, belə qətiyyət və izləyici ordusu ilə mümkün olmayan heç nə yoxdur!

Şəxsi həyatı

Vizajistin sözlərinə görə, əri Kristofer Konkalo biznesmendir və müsəlman deyil. Universitet illərindən görüşən cütlük 2008-ci ildə nikah bağlayıb. Onların qızı Dubayda göz açıb:

“Dubaya köçəndə ərim işindən ayrıldı, bu, ikimiz üçün də çox ağır idi. Əvvəllər ailəni o, saxlayırdı, amma onda bütün məsuliyyətlər mənim çiyinlərimdə idi. Məşhur olduqdan sonra xüsusilə qızımla birlikdə mağazaları gəzə bilmirəm. İnsanlarla ünsiyyət qurmağı sevsəm də, qızım yanımda olanda bu, pərəstişkarlara mane olur. Yaxınlarda qızımla gəzməyə çıxmışdım, amma onunla bir dəqiqə belə birlikdə vaxt keçirə bilmədim. Ərim şikayət edir ki, “Əzizim, sən bizimlə vaxt keçirməlisən”, - deyə gözəllik imperiyasının kraliçası giley edib.

Kattan bacıları

İraq əsilli amerikalı blogerin bacıları da moda və gözəllik sənayesində çalışır. Bacıları Monika və Alya gənc olmalarına baxmayaraq, həm gözəllik blogeri sahəsində, həm də biznesdə fövqəladə uğurlar əldə edib.

Monika Kattan həm bacısının işlərinə yardım edir, həm şəxsi reklam agentliyini yaradıb, həm “The Puppet Show” geyim xəttini buraxıb, həm də gözəllik mərkəzinin sahibidir.

Kiçik bacısı Alya Kattan "Düzgün qidalanma və sağlam həyat tərzi" sahəsində ən məşhur blogerlərdən biridir. Sıx iş cədvəli və saysız-hesabsız görüşlərə baxmayaraq, bacılar gözəl formada qalır, xeyirxah təbəssüm onlar hər yerdə müşayiət edir. Bu trio dünya xanımlarının qəlbini fəth edə bilib və etməkdən davam edir.

Загрузка...
Загрузка...