​İngiltərə kraliçasını pandemiyadan spirt XİLAS EDƏCƏK - Artıq REKORD QIRIR

Baxış sayı: 
117
1  
0  

Pandemiya səbəbindən bütün kral iqamətgahları turistlər üçün bağlandığına görə İngiltərə Krallığı əlavə gəlir mənbələri axtarışına çıxıb.
 
Publika.az xəbər verir ki, dəyilən ziyanı nisbətən aradan qaldırmaq üçün yeni bir iş növü mənimsənilib.
 
Belə ki, krallıq ailəsinin içkiləri əsasında yeni cin növü istehsal olunmağa başlanıb. İçkinin xammalı əlahəzrətin bağlarından yığılır. Tərkibində limon, yemişan giləmeyvəsi və tut yarpaqları daxil olmaqla, 12 bitki növü var. Yeni içkinin bir şüşəsi 40 funt-sterlinqə satışa çıxarılıb. Kral içkisinə ilk günlərdən tələb artıb.
 
Satışdan əldə olunan bütün vəsait Britaniya monarxiyasının bənzərsiz sənət kolleksiyasının qorunmasına yönəldiləcək. Bukinqam turizmin bağlanmasının vurduğu 18-22 milyon funt-sterlinq arasındakı zərəri bu üsulla qarşılamağı hədəfləyib.
 
Britaniya Tədqiqatları Mərkəzinin baş elmi işçisi Oleq Oxoşinin sözlərinə görə, cin satmaq yaxşı bir marketinq hiyləsidir: “Çünki cin Kraliça II Elizabetin ən sevimli içkisidir. Cin hələ də ingilislər üçün elit spirt növüdür. Britaniya standartlarına görə, bu içki adi alkoqoldan daha çox suvenir kimi satılır”.
 
İngiltərə mətbuatında yer alan məlumatlara görə, Bukinqam Sarayı uzun müddət açılmayacaq. Bu da onun sahibləri üçün ciddi nəticələr deməkdir. Sarayın bir çox işçisi işdən çıxmaqdan qorxur. Britaniya mediası, "qara siyahı"da Kral Kolleksiya Trestindən 250 nəfərin olduğunu bildirir. Ancaq işlər həqiqətən çətinləşərsə, kral ailəsi daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlirlə turizmdən gələn itkiləri kompensasiya edə bilər.
 
Kral ailəsi böyük bir daşınmaz əmlak fonduna sahibdir. Bunun kiçik bir hissəsi II Elizabet və ailəsinə məxsusdur. Məsələn, Şotlandiyadakı Balmoral Qalası və Lançester Hersoqluğu ildə təxminən 20 milyon funt gəlir gətirir. Lakin bunun böyük bir hissəsi "Crown " adlanan yerdə toplanır. 14 milyard funt-sterlinq dəyərində qiymətləndirilən bu əmlak da monarxa aiddir. Lakin müəyyən senzuradan sonra xərclənir. Yəni əvvəlcə binaların və ticarət mərkəzlərinin icarəsindən əldə olunan bütün gəlirlər büdcəyə gedir və yalnız bundan sonra hökumət bu puldan kral ailəsinə subsidiya ayırır.
 
Zümrüd

Загрузка...
Загрузка...