İngilislərdən düşməncə yayım! TÜRKİYƏNİN TORPAĞINA GÖZ DİKDİLƏR

Baxış sayı: 
37
1  
0  

Türkiyənin cənubunda təhlükəsizliyini təmin etmək səyləri İngilis “Economist” jurnalında dərc olunan bir məqalədə düşməncə qiymətləndirilib. Məqalədə təpkilərə səbəb olan ifadələrə yer verilib.
 
“Fərat Qalxanı” Hərəkatından sonra “Zeytun Budağı” əməliyyatı ilə cənubundakı terror hədəflərini dəf etmək üçün hərəkətə keçən Türkiyə, bölgədə işlərini davam etdirir.
Bu hərəkatlar bəzən Qərb mediası tərəfindən işğal kimi adlandırılsa da, Türkiyə bölgədəki əhalinin etimadını və sevgisini qazanmaqda davam edir.
Terror təşkilatlarının işğalı altında olan Əl Bab, Afrin kimi bölgələri azad edən Türkiyə, London mərkəzli “The Economist” jurnalı tərəfindən hədəf alınaraq işğal gücü olaraq göstərilib.
 
HATAY SURİYAYA AİDDİR
 
Xüsusilə 17 sentyabrda keçirilən Soçi sammitindən sonra əldə edilən diplomatik uğuru dəyərləndirən “The Economist”, dərc olunan məqalədə qalmaqal ifadələrə yer verib. 1930-da Hatay vilayətinin Türkiyə tərəfindən Suriyadan qoparıldığı yazılan jurnalda, xüsusilə İdlib üçün yenə eyni aqibətin gözlənildiyi yazılıb.
Yazıda bu ifadələrə yer verilib: "Əsəd rejimi, Türkiyənin 1930-cu ildə Hatayı Suriyadan qoparması kimi, indi də İdlib tərəfində hərbi mövcudluğunu artırmasından qorxur.
Qeyd edək ki, “The Economist” keçmişdə də Türkiyə əleyhinə ifadələrə yer verən yazıları dərc etdirmişdi.

Загрузка...
Загрузка...