​İngilislər dünyaya bəyan etdilər: Rusiya ilə Türkiyə yenidən...

Baxış sayı: 
132
3  
0  

 
 
Hurriyyet.org xəbər verir ki, İngiltərənin “Röyters” informasiya agentliyi Türkiyə ilə Rusiya arasında çox yaxın bir zamanda S-400 sistemi ilə bağlı yeni müqavilənin imzalanmasının gözlənildiyini bildirib. Agentlik iki ölkə arasında ikinci dəfə S-400  hava hücumundan müdafiə sistemləri ilə bağlı müqavilə imzalanmasının planlaşdırıldığı xəbərini yayıb.
 
Xəbərdə deyilir ki, Ankarada bir qrup jurnalistə açıqlama verən Türkiyə Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir Türkiyə ilə Rusiya arasında ikinci partiya S-400 sistemlərinin ortaq istehsalı və texnoloji transferi ilə bağlı danışıqların davam elədiyini söyləyib.
 
“Röyters” razılaşmanın 2020-ci ilin aprel ayından əvvəl, birinci dəfə alınan S-400 zenit-raket komplekslərinin istifadəyə hazır vəziyyətdə olmasından sonra imzalana biləcəyini bildirib.

Загрузка...
Загрузка...