İmplant xərçəng yaradır? - Stomatoloqdan MÜHÜM AÇIQLAMA (VİDEOLAYİHƏ)

Baxış sayı: 
56
1  
0  

Müasir stomatologiyada əskik dişlərin yerinə düzəldilə bilən ən funksional və uzunömürlü konstruksiya implantdır. Bəs, pasientlər implantdan nə üçün çəkinir? İmplant həqiqətənmi qorxuludur?
 
Bu barədə stomatoloq Bəhruz İsmayılov “Publikanın həkimi” layihəsində danışıb.
 
O bildirib ki, implant mikrocərrahiyyə sayılır. İnsanlar implantdan əsasən qorxu, fəsadlaşma və qiymətinə görə çəkinir: “İmplantın ən qorxulu tərəfi sadəcə düşməsidir. Bu statistika da çox azdır. İmplantın düşməməsi üçün pasient mütləq gigeyenik qaydalara yaxşı əməl etməli, altı ayda bir həkim nəzarətindən keçməlidir. Çünki implantda irinləmə prosesi daha sürətli gedir. Proses ağrısız olduğundan pasient hiss etmir. Sadəcə pasient öz dişini itirsə, daha az təəssüflənir, çünki implant bahalıdır”.
 
Stomatoloqun sözlərinə görə, implant hansısa xəstəliklərin yaranmasına səbəb ola bilməz və normal qaydada implantın ömrü uzundur: “İmplant xərçəng əmələ gətirə bilməz. Eləcə də 99 faiz halda allergiyaya səbəb olmaz. Bir neçə il əvvəl şəkər xəstələrindən uzaq dururduq, indi isə artıq şəkər xəstələrinə də tətbiq edirik. Ölkəmizdə olan implantların demək olar ki, hamısı çox yaxşıdır. İmplant professional həkim tərəfindən qoyulduqda, düzgün implant seçildikdə və düzgün qulluq edildikdə implantın uzun ömrü var”.

Загрузка...
Загрузка...