İmişlinin “karxana kralları” – OLİQARX-MƏMURLAR RAYONU TALAN EDİR…

Baxış sayı: 
108
0  
0  

ADP İmişli rayon təşkilatının sədri Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Fövqəladə Hallar naziri Kamaləddin Heydərova, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə müraciət edən şikayətçi yazır:

“Hörmətli Prezident!

Cənab nazirlər!

Meliorasiya və Su təsərrrüfatının İmişli Hidroqovşaq rəisi Mirqoca Mirişovun imza, dərkənarı ilə şəhər ərazisində “Araz” çayı sahilində 4 (dörd) Qum–çınqıl karxanası var. Oliqarxlara xidmət edən bu karxana rayonda ciddi ekoloji problemlərə səbəb olub. Amma varlanmaq həvəsi M.mirişovun gözünü örtdüyündən, əhalinin şikayətlərinə məhəl qoymur.

Hazırda M.Mirişovun inomarka avtomobilləri, şəhər mərkəzində çoxsaylı torpaq mülkləri, bazar ərazisinin 20 metrliyində geniş torpaq sahəsi, Bakıda tikinti kralları ilə əlbirliyi mövcuddur. Həgtta Mirqoca Mirişovu bir dəfə Korrupsiyaya qarşı Mübarizə İdarəsi ciddi yoxlamışdı. Deyilənə görə, ondan çoxlu əmək haqqı kartları tapılmışdır.

“Araz” çayı sahilindəki, şəhər üzrə Qum-çınqıl karxanasının böyük ərazisi Meliorasiya ASC-nin sədr müavini Zakir Quliyevə məxsusdur. Bu azmış kimi, hörmətli Z.Quliyev Bəcrəvan kəndində Qum karxanası açıb. Şəhər ərazisində Depo məhəlləsi ərazisindən vaqonlarla daşınan qum orada yaşayanlara ciddi problem yaratdığından, əhali dəfələrlə aksiylara çıxmağa cəhd edib.

İkinci böyük karxana Vüqar Qəhrəmanova məxsusdur ki, heç bir karxana şəhər Bələdiyyəsinə qəpikdə ödəməyibl. Bələdiyyə üzvləri bu karxanalardan mədən vergisini ödəmələrini istəyəndə prokurorla, yuxarı instansiya adlarından sui-istifadə edib, onları şantaj etməklə məşğuldurlar.

Üçüncü karxana oliqarx-məmur Saleh Səmədova aiddir. “Araz” çayı yaxınlığında bu oliqarx-məmurun 20 hektar istilikxanası, rayon üçün problem yaradan sok zavodu, bir çox mağaza-marketləri, “Kral” şadlıq sarayı, Bakıda çox saylı daşınmaz əmlakları mövcuddur.

Təsdüfü deyil ki, Cəfərli kənd sakinləri, hətta kənd icra nümayəndəsi, bələdiyyə sədrinin imzaları ilə Ekologiya Nazirliyi ötən ilin avqustunda nümayəndələrini İmişliyə ezam etmişdi. İslahatçı nazir cənab Muxtar Babayev “Sok zavodu”nu məhkəməyə verdirsə də, məhkəmə sədri, Qurban Hacıyev zavod sahibini müdafiə etmişdir.

Hörmətli İqtisadiyyat nazirimiz M.Cabbarov isə etiraf etmişdir ki, büdcədən yayınmalar 2 rəqəmli deyil, 7 dəfələrlədir.

İmişlilərin “Araz” çayı ətrafındakı örüş sahələrini “tikinti kralı” Yasəf Hüseynov qeyri-qanuni özəlləşdirib, 30 hektar ərazidə bazar tikdirib, hansı ki, başçı V.Hacıyev məhkəməyə verib.

Qeyd edim ki, Mirqoca Mirişovla, Saleh Səmədovla Yasəf Hüseynovun işbirliyi Bakıdadır. İmişlilərə problem yaradan torpaqlarını dəyər-dəyməzinə əllədrindən alan məmur-oliqarxların hamısının mal-qara fermaları var. Böyük əraziləri onlar qanuniləşdirib, alıblar. Kənd təsərrüfatına subsidiya ayıran dövlətimizin bu məsələdə ciddi araşdırmalar aparmasına ehtiyac var”.

Hurriyyet.org

Redaksiaydan: Yazıda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Загрузка...
Загрузка...