İmişlini özəlləşdirənlərin uşağlığı yoxsul keçib

Baxış sayı: 
210
6  
0  

27 may 2020-ci il DTX-da rəsmi qəbulda oldum izahat verdim. Bəzi insanlar deyirmişki, Məhbub bəyi qandallayıb DTX-ya aparıblar. Onsuz da bilirdim ki, orqarxların adamları biz qardaşları sevmir, onsuz da gec-tez DTX İmişlidəki qudurmuş dəstəni aparacaq. Bu barədə artıq heç nə deyə bilmərəm. Zaman göstərəcək ki, kimlər qandallanacaq. Məni bir dəfə Vilyam və Saleh aparıb. Allah qarşılarına çıxartdı . Qeyd edim ki, İtalyan filmi “Sprut”biz azərilərin, xüsusilə, mənim həmyaşıdlarım olan oliqarx-məmurların uşaqlığı dövrünə düşüb. Əsərin qəhrəmanı Komissar Katani mafioz Tanonun evinə gəlir. Ondan soruşur ki, Bu qədər var-dövlətin, sərvətin var, pisliklərdən niyə əl götürmürsən? Tano Komissara deyir ki, uşaqlıqda çox yoxsul böyümüşəm, məni anam saxlayıb, həmyaşıdlarım oyuncaq oynadanda, velosiped sürəndə onlara həsədlə baxmışam. Uşaqlığımın qisasını alıram. K. Katani ona deyir ki: “Səni təqib edəcəyəm. Səni həbs edəcəyəm, qandallayacağam”. Onu itələyə-itələyə Tanonun adamları pilləkənlə düşürürlər, motosikletçi killerlər gülləbaran edirlər. Komissar öləndə də, sifətində təbəssüm qalır və son nəfəsində hayqırır. Tano Komissarın əvvəlcə həyat yoldaşını və qızını oğurladıb öldürtmüşdü...
   İmişli oliqarxları başçı V. Hacıyevin əli ilə 06 iyul 2017-ci ild’ məni həbs etdirdilər. 20 mart 2017-ci ilin Novruz bayramı gecəsi həyat yoldaşımı və magistr oğlum Həsəni öldürtmüşdülər. Mən həmin gün təsadüfən İmişlidə idim və xəstələnmişdim. Mədinə telefonla bildirdi ki, “Səsin tutulub, bu gün gəlmə, 21 mart gələrsən”. Yazıdakı şəklimi oğlum Həsən çəkdi. 08 Mart 2017-ci il, mənə onlardan yadigar yazıdakı şəklimdir. Mədinə yanımda divanda oturmuş, Həsən onu çəkməmişdi, yalvardı ki, Məhbub bəylə mənim də şəklimi çək. Həsən bildirdi ki, bu şəkil mətbuat üçündür, sənin ixtisasın “Mədəni Maarifdir”-demişdi. Qəddarlığın dərəcəsi idi ki, 3 aydan sonra məni sifarişlə həbs etdirdilər. Eyni K. Katani taleyini yaşatdılar.
Prezidentə və DTX –yə təşəkkür edir, eks-başçı V. Hacıyevi milyarderə çevirənlər, məmur-oliqarxlar Saleh Səmədov, Yasəf Hüseynov gec də olsa, yığdıqları sərvətlərin deklorasiyasını verəcəklər. İmişliyə hansı istiqamətdən girilərsə, oliqarx S. Səmədovun mal-mülkü, spirt-konyak zavodları, şadlıq sarayı, kafe,restoran, mal-qara, camış, inək, qoyun, hətta donuz fermaları ilə qarşılaşacaqsınız. Hətta, S.Səmədovun qardaşı RPŞ rəis müavini Sahib Səmədov Ağaməmmədli kəndindəki fermasının şəklini də mənə təqdim ediblər. Ferma mərmərlə, aqlayla işlədilib. Ziyalı şəxslərin evlərindən də 100 dəfə rəngarəngdir. Fermaya hətta polis nəzarəti də var. Düzdür, mən imkanlı kişinin 10 övladının 3-cüsüyəm. Hamımızın iki mərtəbəli evi var, ata evində isə mən yaşayıram. Yoldaşımın isə üç evi qardaşında qaldı. Sağ olsun, Mədinəyə elə bir başdaşı qoydurub ki, qəbirstanlığa girən heyran qalır, bu gözəl, Madonnanın oxşarı olan xanım, Madonna kimi qəmli baxışlarla, sanki, insanları salamlayır.
Hörmətli cənab Prezident!
Dövlətim İmişlili oliqarxlardan mütləq deklorasiya bəyannaməsi istəməlidir. Xalq Sizə güvənir. Axı, onların uşaqlığı çox yoxsul keçib, eləsi var ki, kənd fitrəsini onlara verib.
Həm də İsa(ə) –nın bir kəlamında Siz işlədirsiniz. Çoxu qaçıb xəstəxanalara giriblər. Amma daim Amerikada, İngiltərədə, İsraildə ildə 4-5 dəfə  “Müalicə” alırlar. Bəzi sadəlövh insanlar isə inanır ki, filankəs yazıq xəstədir, hansı ki, həmin sadəlövhlər, şəxsən bəndəniz İmişli xəstəxanasında müalicə ala bilmərəm.
Regional ETSİ rəisi Kənan müəllim Şirvan İslahatçı Nazir kimi Muxtar Babayevə ciddi surətdə yalan məlumatlar verir.
Mən yazmışdım ki, İmişli rayon Spirt və konyak zavodunun üfunətli ekoloji fəlakətə yaxın kəskin iyindən Cəfərli, Ağaməmmədli kənd icra nümayəndələri və Bələdiyyə sədrləri kənd camatı ilə birgə rəsmi instansiyalara şikayət vermişdilər.
ETSN-in Şirvan idarəsinin rəisi Kənan müəllim isə dəfələrlə zavod sahibi Saleh Səmədovla, onun dostu məhkəmə sədri ilə birgə olublar. Mənə ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəisi Hikmət Əlizadə 06.05.2020-ci il tarixli məktub göndərib ki, Şirvan regional ETSİ əməkdaşları tərəfindən araşdırma aparılıb. Məktubun surətini əlavə edirəm. Bildirirəm ki, Kənanın müavini Oqtay bəy gəlmişdi. Spirt zavod rəhbəri karxana sahibləri ilə “görüşüb” aradan çıxıb. Göndərilən məktubda Spirt zavodun üfunətli iyindən qətiyyən bəhs edilməyib. 3 gün əvvəl təzə başçı E. Rzayev yığıncaq keçirərkən Bəciravan kənd bələdiyyəsinin sədri Məmi Atakişiyev bildirib ki, Su idarəsi müdiri Nizami Məmmədov əkinimi suvarmağa su vermir. Nizami isə deyib ki, Məminin 1000 hektar torpağı var, suyu ora versək Bəciravan caamatı şikayətə qalxacaq.  Başçı Elçin müəllim Nizamiyə xəbərdarlıq edib, get, Məminin torpağına su ver, deyib. Deyəsən, Nizami yekəxanalıq edib Sarı göl də Atakişiyevlərindir, Bəciravan yolu kənarındakı eni -uzunu   bilinməyən restoran şəbəkəsi də onlarındı. İmişlini özəlləşdirən oliqarxlar hamısı Atakişiyevlərin restoranında şənlənirlər. Axı, bunların əksəriyyətinin uşaqlığı yoxsul keçib .
Hörmətli cənab Prezident!
İnanıram ki, göstərdiyim faktların tərəfinizdən araşdırılması barədə göstəriş verəcəksiniz.
Sizə hörmət və ehtiramla ADP İmişli rayon təşkilatının
Sədri, jurnalist: Məhbub Əvəz oğlu Zülfüqarlı
Tel:(070) 277-87-27                               17 May 2020

Загрузка...
Загрузка...