İmişlidən səngiməyən şikayət məktubları - IV-cü məktub

Baxış sayı: 
53
1  
0  

Müxalifət, xalqın, iqtidarın düşməni deyil xilas ipidir, onu kəsməyə tələsməsinlər. Düşmən korrupsiyalaşmış, monopolistlər, rüşvətxor, gözləri doymayan şəhvət düşkünləri, azğınlaşmış, iqtidar içi, gizli müxalifətdir, erməni separatçılarıdır.
 
Sərdar Cəlaloğlu
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
 
Surəti:       Baş nazir cənab Novruz Məmmədova
 
Surəti:       Əmək və Əhalinin Sosial Müdafizəsi naziri
cənab Sahil Babayevə
 
Surəti:       Vergilər naziri cənab Mikayıl Cabbarova
 
Surəti:       Ədliyyə naziri Fikrət Məmmədova
 
Surəti:       Səhiyyə naziri cənab Oqtay Şirəliyevə
 
Surəti:        Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə
 
Surəti:        Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri  cənab Əhməd Əhmədzadəyə
 
Surəti :       Qida Təhlükəziliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzliyə
 
ADP İmişli rayon təşkilatının sədri Lətif Vəliyevküçəsi 38-də yaşayan keçmiş siyasi məhbus , ali təhsilli 61 yaşlı Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən
 
Açıq məktub
 
Cənab prezident!
Yaşadığım və itirdiyim illər ərzində ən şəffaf anım vəzifə və kreslo davasında iştirak etməməyim olubsa, aşağı təbəqənin dərdini Sizə çatdıra bilmədikləri neqativləri üzərimə düşən missiya hesab etmişəm.
Ona görə də məmur oliqarxların, kreslo sahiblərinin nifrətini qazanmışam, “Suprut” İtalyan filmində olduğu qədər, təqib həbs edilmişəm, həmin həyatı mənə yaşadıblar. Allahtalada özlərinə yaşadır, əminəm dövlətdə yaşadacaq.
Bu xalqın incik düşdüyü çox böyük dərəcədə dövlət adına qərar çıxaran məhkəmələr olub. Mənim də, çoxlarının da, İmişli məhkəmə sədri Qurban Hacıyevin oliqarx-məmurların sifarişini yerinə yetirməsi, eləcə də, İmişlinin təzə baş həkimi Eynulla Qasımovun, deputat Ə.Qasımovun əmisi oğlu, məni həbs etdirən S.Səmədovun bibisi oğlu, Spirt zavodundakı ölüm faktını saxta arayışla gizlətməsi, eləcə də, təzə əmək müfəttişi Şahin Əzimovun S.Səmədovun müavini olması, o demək idi ki, spirt zavoddakı Almaz xanımın öldürülməsi gizlədilməli idi, tamamilə “Suprut” filmindəki kimi.
İmişliyə hansı istiqamətdən girilərsə, gözünü yum-aç, S.Səmədovun obyekti, istilikxanası, şadlıq saray, market, çayxana, uşaq baxçası, villaları, eləcə də Bakıda çoxmərtəbəli bina tikintisi, üstəlik Metrologiya publik institunun prezidentidir.
8-ci sinifə qədər qardaşım Siracla oxuyub,  lövhə qarşısında A-a-a – deməyib, hər ikisi gecə məktəbindən atestat alıb. Bu təfəkkürün, bu qabiliyyətin yiyəsini tənqid etdiklərimin əlinə fürsət düşüb qabağa veriblər. 5 ay həbsdə oldum. Hətta təcridxananın rəisi, S.Səmədovun ünvanına: Sənin kimi yaşlı və ziyalını həbs etdirən, (S.Səmədovun ünvanına “təhqir”) kəsdən çox az yazmısan - dedi və hörmətlə qarşılandım.
Hörmətli Ədliyyə naziri!
Mən özüm-özümə siyasi məhbus statusu vermədim. Avropa araşdırdı, günahsızlığımı qəbul etdi.
Siz Ədliyyə nazirini də, az tənqid etməmişdim, Heydər Əliyevin adına olan parkın özəlləşməsinə siz də reaksiya vermədiniz, hətta , İmişlidə qonaq olanda abidənin önünə çiçək qoyub əyilərkən qardaşım Davud sizə! “Fikrət müəllim, ərazi satılıb, bilirsiniz? , məktublarımıza da cavab vermədiniz! – deyəndə siz başçı V.Hacıyevdən pıçıltı ilə soruşmusunuz ki, “Bu Məhbub Zülfüqarlıdır? Bəli, sizə tabe olan məhkəmə sədri Q. Hacıyev, oliqarxın avtomobilindən düşməyən şəxs sifariş yerinə yetirdi.
Bu 30 gün ərzində yalnız baş nazirin aparatından məktub aldım, surətini Səhiyyə naziri,  Ekologiya və İmişli RİH-nə göndərib. Əlavə edib ki: Qanunun 14.08 maddəsinə görə ərizəçi qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər.
Təşəkkür edirəm Novruz müəllim! Ədliyyə nazirinin hansı məhkəməsi şikayəti icra edəcək? İllərimi indi də məhkəmədə keçirimmi?
Cənab prezident!
Təqdirə layiq hal o, oldu ki, ekologiya nazirliyinin 3 saylı ərazi idarəsindən Ağakərim müəllim və Elton müəllimlər müraciətim əsasında İmişliyə ezam olundu. Görüşdük. İmişli məhkəməsindən gəlirdilər. Belə ki, İmişli rayon Cəfərli kənd sakinləri 35 nəfər, eləcə də kəndin icra nümayəndəsi Bələdiyyə sədrinin imzası və möhürləri ilə Ekologiya nazirliyinə şikayətlərini nazir məhkəmə yolu ilə həll etmək istəməsi təqdirə layiqdir. Görünür, İmişli məhkəmə sədrini Cəfərli kənd bələdiyyə, İcra nümayəndəsi Saleh Səmədovla dostluğunun dərəcəsini biliblər ki, məhkəməyə yox nazirə şikayət ediblər.
Ağakərim müəllim çox sanballı, alicənab məmur ziyalı təəssüratı yaratdı. Hakimə deyib ki, “Biz bilirik ki,” Siz Saleh Səmədovla dostsunuz, sizdən sonra Apellyasiya, Ali məhkəmə var” – deyib.
Hörmətli Ekologiya və Təbii Sərvətlər naziri, cənab M.Babayev!
Axı mən 461 nəfərin şikayəti əsasında tənqidi yazı dərc etsəm də, o vaxt nazirlik mənə yox S.Səmədova dəstək verdi, hətta təzə işdən çıxarılan Regional idarə rəisi Novaşir Bəşirov məhkəmədə iştirak edib məmur-oliqarxı dəstəklədi. “Bu adam həbs olunmalı, qandallanmalıdır” – deyə bağıranda: Kişi bir qarın çörəyə üfunətdən əzab çəkən 461 nəfər sakini satmaz. Sənin kimilər bu xalq üçün artıq yükdür” – dedim.
Sizin nazirlik cərimə tətbiq etsədə, o cəriməni, kitabdan-kitaba keçirən məhkəmə sədri ləğv edəcək. Yeganə yol, zavodun, təmizləyici qurğusu quraşdırılana qədər bağlanması, 125 –lik boru ilə  14 klometr kənardakı “Şaqay” kanalına axıdılması ola bilər ki, 2015-ci ildən bəri, hər dəfə mənə yazırlar ki, 2016-2017, 2018-ci il təmizləyici qurğu quraşdırılacaq.
S.Səmədovun İmişlidəki təbliğatçıları deyir ki, Onun pulunu bank tutmaz, “miqalkalı” müşayət edici avtomobillə gəzir, hələ bəlkə nazir, ya başçı təyin ediləcək, İmişlinin başçısını da yaxın günlərdə çıxaracaqlar, get Saleh Səmədovun pulu xərclə, barış! - deyənlərə, bircə kəlmə : İtin yalağından çörək yeyərəm, onun kimi birinin pulunu alıb, ona qul olmaqdansa, ölümü üstün tutaram, nə də ona qarşı qisas hissim yoxdur, sadəcə ölkəmin QANUN-larının işlək olmasını demokrat biri kimi arzu edirəm.
Əgər Vergilər, DSMF vaxtında onun obyektlərini mən tənqid edəndə araşdırsaydılar, mən yox S.Səmədov məsuliyyətə cəlb olunardı. Heydər Əliyev müşavirələrinin birində  belə demişdi: - “Dövlət o zman sarsılar ki, cinayətkar cəzasız qalır, günahsız həbs olunar”. Avropa bunu gördü və mənə siyasi məhbus statusu verdi, bunu Ədliyyə nazirimizin məhkəmə sədri istədi, dövlət sarsılmadımı??
Əgər mən şikayət  edəndə baxılsa idi, spirt zavodda 49 yaşlı, Qarabağ əlilinin həyat yoldaşı Almaz xanım öldürülməz, ölüm faktını “ürək tutmasından ölüb” arayışını baş həkim, S.Səmədovun bibi oğlu E.Qasımov verməyə cəsarət etməzdi. Təzə baş həkimin saxta arayışı deyil bu fakt.
Dekabr 2018-ci il, adı həkim kimi İmişliyə gələndə, Qulubəyli kənd tarix müəllimi, qırmızı diplomlu Elşən Şəmmədlinin əleyhinə də, belə arayış veribmiş ki,”xəstənin qabırğaları sınıb... zorlanıb” hansı ki, tibb ekspert rəisi, əks tərəfi rədd etmişdi. Eynullaya isə sifarişi, sözsüz ki, məhkəmə sədri Q.Hacıyev vermişdi. Həkimin belə saxta arayışları barədə məlumatlıyam. 4-cüsü mərhum Almaz xanım idi. Elşən müəllimdə həbsə düşdü. Şikayət etmədiyi rəsmilər qalmayıb.
Səhiyyə naziri, eləcə də Meliarasiya Su Təsərrüfatı ASC şikayətlərə cavab versə idi, mənim bu nazirləri narahat etməyə haqqım çatmazdı. İmişli ərazisindən axan “Nohurarx” su kanalındakı, ölmüş heyvan cəmdəkləri, digər zərər verici və psi qoxu yayan sanitarepidiomoloji problem vaxtında aradan qaldırılardı.  Bu gün 100-lə vətəndaş İmişli RİH-nə toplum halında şikayət gəlməzdi. Kanalın ətrafını metr yarım hündürlükdə tikan, qamış, böyürtikan kolları, şeytan ağacları bürüyüb.  Aldığım məlumata görə “Elçin” şadlıq sarayı gecələr, kanalizasiyasını həmin kanala axıdır. Bəzi sakinlərində kanalizasiyası arxa axır. Ağcaqanadlar, mığmığa sürü ilə ətrafı bürüyüb ki, malyariya mənbəyidir. Kanalın şəhər daxilindəki ətrafını metr-metr mağaza-marketlərə satılması  illərlə davam edib, hələ də tikilir. Belə çıxır ki, bu kanal bağ-lan-malıdır. Boş yerlərdə isə marketlər tikmək olarmış. Cənab nazirlər müxalifət iqtidarın düşməni deyil, xilas ipidir-deyib hansısa məhşur siyasət ustası iqtidarın düşməni, monopolist, rüşvətxorlardır ki, xalqı boğaza yığıblar, incik salıblar.
Almaz xanımı müqaviləsiz, qul əməyi kimi işlədəndir iqtidarın gizli düşməni ki, hələ bir Qarabağ əlilinin həyat yoldaşının ölüm faktını ört-basdır etməyə cürət edib.
Hazırda xanımın doğmaları, yaxınları Respublika prokurorluğu və DİN yollarında qalıblar. Müqaviləsiz işlədiyinə görə adı elektron sisteminə oturmayıb, ona görə də ailəsinin təzminat və təminat, sığorta hüququ qorunmayacaq, uzun proses keçilməli olacaq ailə üzvləri.
Saleh Səmədovun 6 ay qabaq müavini olmuş Şahin Əzizov təkcə məhkəməyə zavod rəhbərliyinin cərimə edilməsi faktını araşdırmalı, onun ailəsinin Dövlət proqramından yararlanmasını təmin etməli idi ki, Şahin Əzizov havadarı S.Səmədovun xətrinə dəyməyə cürət etməzdi.
Fakt budur ki, başçı, bələdiyyə,  kimi qanunsuz  əməlinə görə işdən çıxarırsa, S.Səmədov başçıya müxalifətçilik edib, vəzifə verir. Reket qəzetlərdə YAP RT sədrini, başçını təhqir etməkdən çəkinməyən “qabiliyyət” sahibinin, “miqalkalı” müşayət edici  avtomobillərlə lovğalanan birisi çox güclü nazirə, ya P.A rəsmisinə söykənir, “ayağının altındakı yatırım” – onu danışdırır.
Qarşıdan “Qurban Bayramı” gəlir, xalqımızı, sizi bu əziz bayram münasibəti ilə təbrik edirik. Məmur “oliqarxlar isə öz məhkəmələri, hakimləri “gəmilərinə minənləri” təbrik edəcəklər.
Sizdən xahiş edirəm göstərdiyim faktları Qanununların aliliyinə rəğmən araşdırılmasına və tədbir görülməsinə aidiyyatı rəsmilərə tövsiyyə edib sərəncam verməyinizi rica edirəm
Hörmətlə!
 
İmza:                             Məhbub Əvəz oğlu Zülfüqarlı
TEL: 070-277-87-27
05.08.2019

Загрузка...
Загрузка...