İmişlidən şikayət və açıq-məktub

Baxış sayı: 
411
12  
0  

                                            Azərbaycan Respublikasının Prezidenti
                                            cənab İlham Əliyevə
                           Surəti:      Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab
                                            Əli Nağıyevə
                           Surəti:      Baş prokuror cənab Kamran Əliyevə
                           Surəti:      İmişli rayon prokuroru cənab Valeh
                                             Səmədova
                                             ADP İmişli RT-nin sədri, jurnalist Məhbub
                                             Əvəz oğlu Zülfüqarlı tərəfindən

                                         Şikayət Məktubu
İmişli RPŞ-nin rəisi F.Şıxəliyev pensiyadadır, müqavilə ilə işləyir deyə, məni təhqir etməkdən çəkinmədi. Əgər rəis siyasət insanı olaraq mənə tərbiyədən kənar ifadələr işlədirsə, görün İmişlidə nələr edib.

    Hörmətli cənab Prezident!
    Hörmətli cənab DTX rəhbəri!

    04 avqust 2020-ci il Sizə və DTX-yə şikayət etmişdim ki, qardaşım qızının-müəllimənin 1800 manat pulunu evlərindən oğurlayıblar. Bu gün, yəni, 10 avqust 2020-ci il İmişli rayon Polis Şöbəsinin rəisi cənab Şıxəliyev RİH qarşısında mənə rast gəlib təhqir etdi ki, səni içəri basdıracam, sən hamıdan rüşvət istəyirsən, indi də rüşvət almağa gəlmisən? Ona bildirdim ki, üst-başımı səliqəli görüb elə bilirsiniz ki, rüşvətxoram. Bu yaşda qardaş və dostlarımın boğazına ortağam. O kəlmələri özünə aid et, mənim 62 yaşım var, ali təhsilliyəm. Uzun illər qabaq İmişli rayon Məşğulluq İdarəsində qeydiyyatda olsam da, ADP RT-nin sədri kimi müxalifətçi olduğuma görə mənə iş verilməyib. 10 gün olar ki, İmişli Məşğulluq İdarəsinə çağırıb məni DOST İş Mərkəzində qeydiyyata aldılar. Buna görə də Sizə təşəkkürümü bildirirəm ki, Sizə şikayət edəndən sonra qeydə alındım. Rəis hədələdi ki, gəlib başçıdan da rüşvət istəmisən, hansı ki İmişlinin başçısı E.Rzayev məni tanımır. Qəbuluna gəlsəm də, pandemiya ilə əlaqədar qəbul etməyib. Krılovun  “Qurd və quzu” təmsilini xatırladım.    
      RPŞ rəisi məni hədələdi ki, “Səni məhkəməyə vermişəm, səni dizi üstə qoyacağam... Ona bildirdim ki, mən isə Sizdən möhtərəm prezidentə şikayət etmişəm. Çox əsəbi şəkildə özündən çıxmış bir halda dedi ki, “Möhtərəmə etmirsən kimə et, səni içəridə dizi üstündə oturdacam. Ona bildirdim ki, mən siyasi məhbusam, həbsxananı görmüşəm, oranı Sizin kimilər mənim evimmi etmək istəyirsiniz? Siz  çoxlarını dizi üstə qoymusunuz. Bu mənə aid deyil, həbsxanada isə mənə hörmətlə yanaşıblar. Siz məni öldürə bilərsiniz, amma dizi üstə qoymaq sənin gücündə deyil. Orada duran bir 6-7 nəfər polisə göstəriş verdi ki, bunu protokollaşdırıb basın içəri.
     Sağ olsun, mənim polisim məni qorudu: “Ağsaqqal çıx get, əsəbləşmə” dedi.
      Hörmətli cənab Prezident!
      Bu rəis məni 06 iyul 2017-ci il həbs etdirib siyasi məhbusa çevirən Saleh Səmədovla dostdur. Qardaşı Sahib Səmədov isə rəisin müavini olub. Onun da sifarişi ola bilər. O Saleh Səmədov ki, onu cənab İqtisadiyyat nazirimiz, dostum saydığım hörmətli islahatçı nazirimiz Mikayıl Cabbarov vəzifədən qovdu. Allah Mikayıl müəllimin başın uca edib ki, Sizin kimi alicənab prezidentin etimadını qazanıb, mən bunu dönə-dönə yazmışam. Sizdən ölkənin rəhbəri kimi, məni belə insanlardan xilas edin, onun tərbiyədən kənar ifadələri barədə bir ölçü götürün. Xaricdəki söyüş makinası ilə rəisin fərqi nədir? F.Şıxəliyevin sayəsində nə desəniz baş verə bilər. İmişli rayon Otuziki kəndindən Allah evi məsciddən su motoru oğurlanıb. Məktəbdən altı ədəd kondisioner, televizor, ətrafdakı bərbərxanadan iki ədəd saç qırxan, qayçı və aftafa oğurlanıb. Otuziki kəndi mənim doğulduğum kənddir. Bu gün məlumat aldım ki, oğruları DTX həbs edib.
     Şəhər sakini Orucov Seyran Xanbala oğlunun 8 baş keçisi oğurlanıb. Ağacanov Tofiqə dələduzlar 10 000 saxta dollar verib aradan çıxıblar, eləcə də, dələduzlar Hacı Rasətin də eyni hadisəni başına gətiriblər. Hər iki şəxs qızıl mağazası işlədir. Polis rəisi siyasətə qapılıb hansı ki pensiyadadır, müqavilə ilə işləyir, qoy öz işi ilə məşğul olsun.
O, mənə dedi ki, bir dəfə səni dizi üstə qoymuşam, utanmaz,” deyəndə ona bildirdim ki, Danışığına, vəzifənə hörmət qoy! Həddinizi aşmayın. Rayon Ağsaqqallar Şurasının sədr müavini, 79 saylı DSK-nın komissiya üzvü qardaşım Davudla qəbulunuzda olmuşduq. Onda Siz dediniz ki, V.Hacıyev məni çağırsa, deyərəm, Davud müəllimlə görüşüb gələrəm. Hazırda isə məni hədələyir. Mənim islahatçı nazir cənab Vilayət Eyvazova böyük hörmətim var. F.Şıxəliyev onu da bilir. Əgər rəis təhqirini 5-ci kolona etsəydi, ona çox sağol deyərdim. İmişlidə elə bir vicdanını itirmiş ola bilərmi ki, desin: Məhbub bəy məndən rüşvət istədi.
Mən prezidentimiz kimi Sizin jurnalistlərdən istədiyiniz kömək, məlumatlar barədə çıxış etməklə Sizə hörmətimi bildirirəm, amma bu rəis demək istəyir ki, sus.
Elə həftə olmayıb ki, İmişlidəki korrupsiya rüşvətxorluqdan yazmayım. Hətta prezident aparatından mənə zəng də edilmişdi.    
     Cənab Prezident!

     Göstərdiyim məmur özbaşınalığı, rəisin özünü ağa, sovet adamı kimi aparmasına son qoyulması barədə aidiyyatı göstəriş verməyinizi Sizdən xahiş edirəm. Sizə hörmət və ehtiramla,
    
      05.08.2020-ci il Turaninfo.az-dakı yazının surətini əlavə edirəm.

ADP İmişli RT-nın sədri
keçmiş siyasi məhbus                                         Məhbub Əvəz oğlu Zülfüqarlı

                                                                               10.08.2020-ci il
Telefon: 070-277-87-27

 

Загрузка...
Загрузка...