İmişlidən prezidentə məktub

Baxış sayı: 
51
5  
0  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
 
Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova
 
Azərbaycan Respublikasının Daxili işlər Naziri cənab Vilayət Eyvazova
 
Azərbyacan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova
 
İmişli rayon Məhkəməsinin hakimi Ülvü Qənbərova
 
İmişli şəhəri Lətif Vəliyev küçəsi 38 ünvanda yaşayan ADP İmişli Rayon Təşkilatının sədri Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən
 
Ərizə və Açıq məktub
 
Hörmətli cənab Prezident!
 
Hörmətli cənablar!
 
İmişli rayon məhkəməsinin hakimi Ülvü Qənbərov məni İmişli RPŞ-nın Yol Polis Bölməsinin rəisi Eldəniz İmamyarovun şərəf və ləyaqətin müdafiəsi tələbi barədə mənə qarşı qaldırdığı hazırlıqsız məhkəmə iclasına 19.02.2020-ci il tarixdə saat 09-30-da məhkəməyə cavabdeh qismində 24.01.2020-ci il tarixdə Qərardadla məhkəmə iclasına çağırmışdır. 30.07.2019-cu il tarixdə yol qaydasının pozulması ilə əlaqədar verdiyim şikayətlərin 20.12.2019-cu il tarixdə cavablandırılmasına əsasən bir daha Sizlərə cavab haqqımı bildirmək istədim. Vətəndaşların müraciət haqqında Azərbaycan Respublikası Qanunun 4, 4.6, 7.12, 7.14, 10.1, 12.5, 16-cı maddələrinin pozulması halların ehtiva olunmasını hesab edərək Sizlərə bir daha müraciət etmək hüququmdan istifadə etməli oldum. Maraqlı burasıdır ki, cənab general Ramiz Zeynalov mənə ünvanladığı 20.12.2019-cu il tarixli №16-120076-1219 saylı məktubunun sonunda yazır ki, İmişli rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Eldəniz İmamyarov tərəfindən həqiqətə oyğun olmayan məlumatların təkzib edilməsi tələbi haqqında İmişli rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur!!! Cənab general mənim məhkəməyə müraciət hüququmu tanımalı ikən şöbə rəisinin məni məhkəməyə verməsini məhkəmədən öncə haraddan bilirdi? Əlbəttə mən generallarla, hətta siravi polis işçiləri ilə mübahisələndirici fikirlərdən çox-çox uzağam və bütün sistemi öz üzərimə qaldırmağa bu “yükün” altına girmək düçüncəm yoxdur. Ağlım başımadadır. Mən həm də cavab məktublarımda hörmətli generala çox hörmətlə yanaşmışam və onun bu dəfə bu “20 manatlıq cərimənin araşdırılması” barədə məktublarını üzürxahlıqla qəbul etmişəm. Sadəcə KİV-lərdə cənab Prezidentə ünvanladığım məktublar dərc olunduğundan “qıcıq” yaratdı və sistem üzərimə qalxdı. Mən Eldəniz İmamyarovla cəmi bir dəfə görüşmüşəm və mənim adımı, soyadımı yazıb götürüb özü də 2019-cu ilin avqustunda. O adlı şəxsin adını, soyadını və atasının adını hakim Ülvü Qənbərovun mənə 24.01.2020-ci il tarixli Qərərdadından oxumuşam. Şərəf və ləyaqətinin qorunmasını tələb edən şəxs adımın bir dəfə də olsun məktublarda çəkmədiyim halda məndən iddia ərizəsi verməsi mənim şübhələnməyimə əsas verir ki, o zabit sadəcə son məktubunda bir çox polis məmurlarının adlarını hallandırmağımdan
 
narahat olub və həyacanlanıb. Bir də DİN-nin mətbuat xidmətinin Şirvan şəhərində ki, baş inspektoru cənab Toğrul Nəsirli “Turan info.az” saytına mənim məktublarımda göstərdiyim faktlara təkzib verib və İmişli polisinin adından məni qərəzli, böhtaçı adlandırıb və hətta böhtana görə 5 ay bu Ülvü Qənbərov tərəfindən azadlıqdan məhrum olunmağım barədə açıqlama verib. Sən demə Toğrul müəllim mənim məhkəməmdə iştirak edibmiş və mənim xəbərim olmayıb.
 
Hörmətli generallar!
 
Məhkəmənin qərarına hörmətlə yanaşacam. Məcəllənin komentariyasına və dispozisiyasına uyğun olmasa da adını, soyadını və atasının adını heç bir yerdə çəkmədiyim polis zabitinin iddiasına təkzib verməyimi və yol polis xidmətinin bu təkziblə düzələcəyinə məhkəmədə iddia ərizəsini aldıqdan sonra son sözdə fikrimi bildirəcəyəm. Ad, soyadını çəkmədiyim polis zabitinizə mülkü-məcəlləni oxumağı tövsiyyə edirəm. Amma bir məsələni və hakim Ülvü Qənbərova yaxşılıq etmək məqsədi ilə bildirmək fikrindəyəm. 2006-cı ildən yazıb tələb etdiyim parkların dəyişdirilməsi ilə əlaqədar İmişli rayon İH-nin qaldırdığı iddianı baxılmamış saxlanılması Heydər Əliyevin adına rəsmiləşdirilmiş parkdan H.Əliyevin adına inkar edilməsi anlamını verir. Muxalifətdə olsam da iqtidarın əvəzinə 2006-cı ildən bu saxtakarlığı aradan qaldırılması üçün çalışıram və hesab edirəm ki, İmişli İcra Hakimiyyəti mənim minlərlə şikayətlərim əsasında iddia qaldırmışdı.
 
Diqqətinizdə saxlamağınızı xahiş edirəm.
 
İmza: Məhbub Əvəz oğlu Zülfüqarlı
 
ADP İmişli RT-nın sədri 12.02.2020

Загрузка...
Загрузка...