İmişlidə “Dost Mərkəzinin” kartları kimlərdədir və ya “Sprutların meşə qətli anı....!”

Baxış sayı: 
133
3  
0  

 
 
     14 mart 2020-ci il, xəstə gənc qadın bildirdi ki, başçı ilə bir ay idi ki, görüşmək istəyir, “Dost” mərkəzindən kömək istəyirdim. Başçı V.Hacıyev mənə dedi ki, yardım mən yox “Dost” verir. Mirşamildən istə dedi. Mən bildirdim ki; Sizdən yox, prezidentin imkansız insanlara kömək üçün ayırdığı “Dost”-dan yardım istəyirəm,-dedi,- həmin qadın.
    Bildirirəm ki,  mətbuatda çıxışıma görə ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Dost iş Mərkəzinin direktoru Firidun Cəbrayılovun imzası ilə 19 fevral 2020-ci il №20730005410 saylı məktubla” Öncədən vətəndaşların sosial vəziyyətinin  yaxşılaşdırılması istiqamətində işlərdə şəffaflığın təmin edilməsi və bu istiqamətdə yol  verilən nöqsanların aşkar edilməsində fəal iştirakınıza görə Sizə təşəkkür edirik; Belə ki, 21-22 yanvar 2020-ci il “Dost iş Mərkəzi MMC ilə əmək müqaviləsi bağlanılan ictimai  işçilərin əmək fəaliyyətinin monitorinqi məqsədi ilə Mərkəzin Nəzarət şöbə  əməkdaşları İmişliyə ezam edilmiş, monitorinq zamanı üzrlü səbəb olmadan işə çıxmayan işçilərlə” bağlı akt tərtib edilib rəsmiləşdirilmiş, müvafiq tədbir görülməsi barədə bildirilsə də, işə çıxmayan işçilərin kartları kimlərdədir - aydınlıq gətirilməmişdi.
      Həmin yardımın kimlərdə olması mənbəyini cənab prezident İlham Əliyev çıxışında dəqiq göstərir: Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. ƏƏSMN naziri Sahil Babayevi qəbul edən prezident bildirdi ki, “Korrupsiyadan əl çəkməyənlərin ifşasının davamlı olacağını” Biabırçı hallarla bağlı daha ciddi addımlar  atılacağını vurğuladı.
     Çıxışında bildirdi ki, “Məmurlara tapşırıqlar vermişəm ki; Get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, vətəndaşlara dayaq ol, arxa ol”  Amma onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm  özlərini, həm bizi  biabır edir, onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların hər  təyinata görə pul alması, məktəb direktorları, xəstəxanalardan aylıq haqq alması “allahsızlıq”dır və onlar bu cinayətlərə görə cavab verəcəklər”.
     İmişlidə insanları müqaviləsiz işlədən məmur-biznesmen Saleh Səmədovdan ötən yazılarımda ətraflı izah vermişdim.
   Ekologiya və Təbii Sərvətlər nazirliyi 05.03.2020-ci ildə mənə göndərdiyi məktubda qeyd edir ki, “məmur-biznesmen S.Səmədovun  spirt, konyak zavodundan axıdılan tullantı sularından nümunələr götürülmüş, zavodun ifunətli iyinə görə İnzibati xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş xəta törədildiyinə görə 18.5-ci maddəsini rəhbər tutaraq imişli rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə 29 iyul 2019-cu il tarixli qərarı ilə bu iş üzrə icraata xitam vermiş, həmin qərardan apellyasiya şikayətini Şirvan Apellyasiya məhkəməsi 20 dekabr 2019-cu il qərarı ilə İmişli rayon Məhkəməsinin qərarına, ləğv edilərək, yenidən baxılması üçün İmişli  rayon Məhkəməsinə geri qaytarılmışdır” - yazılmışdır.
     Siyasi məhbus olaraq  mən qeyd etmişdim ki, məmur biznesmenin, İmişli məhkəmə sədri Qurban Hacıyev avtomobilindən düşmür. Bu boyda nazirliyi fırladanlar, saymayanlar, həm  məmur-biznesmen,  həm də məhkəmə sədri tabeliyində olanlarla necə davranırlar?
     Cənab prezident isə çıxışında bildirir ki, “Vətəndaşları incidən, nəticə çıxarmayan məmurlar ən sərt şəkildə cəzalandırılacaq”. Deyək ki, mən ADPRT sədri, jurnalist kimi sifarişlə həbs olmuşam. Axı bu məmur-biznesmen və dostu məhkəmə sədri Qurban Hacıyev  böyük bir nazirliyi Ekologiya və Təbii Sərvətlər  nazirliyini barmaqlarına sarıyıb, fırfıra kimi fırladırlar. Nazirliyin isə gücü yalnız məktub göndərməklə, işlərini bitirmiş hesab edirlər. Nəticə budur ki, cənab Muxtar Babayev!  Şirələr və Konyak zavodunun üfunətli iyindən sakinlər Sizə müraciət etmiş Cəfərli kənd icra nümayəndəsi, Bələdiyyə sədri, kənd camaatı şikayət göndərir. Buna qədər isə rayon sakinləri 461 nəfər prezidentə və keçmiş nazir H.Bağırova şikayət göndərmişdi. Məni isə “gecə məktəbini bitirən fəlsəfə namizədi ləqəbli” Saleh Səmədov həmin üfunətli iydən dəfələrlə şikayətimə, büdcədən yayınma faktları yazılarıma görə sifarişlə sizi indi saymayan məhkəmə sədrinin vasitəçiliyi ilə həbs etdirmişdi. Nə yazıq ki, ölkədə söz və əməl sahibi bu pullu, belə təfəkkürlülərdir. Əgər təbiəti, vətəndaşların nəfəsaldığı havanı zəhərləyənləri Ekologiya nazirliyi qoruya bilmirsə, mənim qonşuma guya, darvazasının ətrafındakı ağacı kəsib iddiası ilə ekologiyanın əməkdaşı xox gəlirsə, vətəndaş dərdini kimə desin?
      Elçin şadlıq sarayı sahibi həm də, İmişlidə Heydər Əliyev prospektində, RİH-nin 20 metrliyində böyük bir ərazinidə özəlləşdirib, “Saliton” mağazalar şəbəkəsi, kredit şəbəkəsi və restoran, çay bağları yiyəsi 40 ədəd çoxillik  ağacları, hətta sərv ağaclarını bir neçə gün əvvəl gecə ilə kötüyündən çıxartdırıb, doğratdırıb,  Ekologiya  rəsmiləri “Elçin” şadlıq saray sahibinə bəlkə də təşəkkür ediblər, amma qonşuma kəsmədiyi qurumuş bir ağaca görə az qalırmışlar, cərimə oxusunlar.
       İmişlinin başçısı görən 40 ədəd kəsilən ağacları görmədimi?
Mərhum H.Əliyev deyirdi ki,  harada bir ağac kəsilir, mənim qolum kəsilir. H.Əliyev bu ifadəni işlədirdi ki, qorxu hissi keçirib ağacları, meşələri qırmasınlar. Hansı ki, “Araz” boyu Vüqar Qəhrəmanovun, Saleh Səmədovun karxanaları həm “Araz”ın məcrasını dəyişdirir, həm də qırmızı kitaba düşmüş yulğun kollarını qırıb çatır, kötüyünü qaşıyırlar.
       İmişlidə “Sprut” lar ağac, meşə qətliamı davam etdirirlər, komissar Katanisi əskikdir.
 
      Məhbub əvəz oğlu Zülfüqarlı
      17 mart 2020-ci il

Загрузка...
Загрузка...